Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:51

Kansler Angela Merkelin Xristian Demokrat İttifaqı miqrantlara görə xeyli mandat itirib

Reuters agentliyinin xəbərində deyilir ki, Almaniya seçiciləri miqrantlara “açıq qapı” siyasətinə görə kansler Angela Merkelin mühafizəkar partiyasını “cəzalandırıblar”.

Almaniyanın üç regionunda üç il bundan əvvələdək mövcud belə olmayan antimiqrant Almaniya üçün Alternativ (AfD) partiyası böyük nailiyyət əldə edib.

Merkelin Xristian Demokrat İttifaqı (CDU) Almaniyanın üç torpağında – Baden-Vürtemberq, Reynland-Palatinat və Saksoniya-Anhalt regionlarında xeyli mandat itirib. Buna baxmayaraq CDU-SDP koalisiyası ölkənin şərqindəki torpaqlarda ən çox mandat sahibi olaraq qalır.

Merkelin kanslerliyinə təhlükə yoxdur

Almaniya təhlilçiləri bidirirlər ki, bu, almanların Merkelin “açıq qapılar” siyasətinə etirazının göstəricisi olub.

Lakin onlar həm də deyirlər ki, bütün bunlara baxmayaraq, Angela Merkel kanslerliyə dördüncü dəfə namizədliyində real rəqiblə qarşılaşmayacaq.

Təhlilçilər deyirlər ki, seçki nəticələri CDU-nun daxilində səs-küy yaradacaq, lakin Merkelin kanslerliyi indilik riskdən kənardır

Teneo Intelligence araşdırma mərkəzindən Carsten Nickel deyib ki, seçki nəticələri CDU-nun daxilində səs-küy yaradacaq, lakin Merkelin kanslerliyi indilik riskdən kənardır.

Seçicilərin narahatlığına cavab olaraq xanım Merkel ölkəyə miqrant axınını cilovlamağı və Türkiyə ilə mühüm miqrant razılaşmasını hasilə gətirməyi vəd edib.

Lakin bütün hallarda bu seçkilər Almaniyanın antimiqrant AfD partiyası üçün uğur sayıla bilər. Onlar artıq Almaniyanın 16 regional məclisindən 5-də təmsil olunurlar.

Populistlər populyarlaşır

Partiya ən yaxşı dəstəyi Saksoniya-Anhaltda alıb. Burada ilkin proqnozlara görə antimiqrantçılara seçicilərin 24 faizindən çoxu səs verib. CDU səslərin 30 faizindən bir qədər çoxunu qazanıb.

Almaniya üçün Alternativ partiyasının lideri Frauke Petry

Almaniya üçün Alternativ partiyasının lideri Frauke Petry

Onlar Saksoniyada artıq hətta müxalif Sosial-Demokrat Partisyasını (SPD) geridə qoyublar. Burada SPD-nin səslərinə CDU göz qoymuşdu.

Təhlilçilər bildirilər ki, AfD-nin yüksəlişi Avropa İttifaqında ifrat sağların populyarlaşmasından xəbər verir.

Bu vəziyyətlə bağlı Almaniya Yəhudilərinin Mərkəzi Şurasının keçmiş rəhbəri Charlotte Knobloch ciddi narahatlığını bildirib.

Baden-Vürtemberq əyalətində Yaşıllar ilk dəfə olaraq hamıdan çox səs toplayıblar. Burada onların səslərin 30, CDU-nun isə 27 faizinə sahib olacağı gözlənilir.

Bu əyalət 50 ildən də uzun müddətdə hakim CDU-nun istehkamı sayılırdı.

CDU-dan özünü Merkelin xələfi kimi təqdim edən Julia Kloekner Reynland-Palatinatda mandatını itirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG