Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:21

Son həftələr Almaniyada məktəbli geyim-kodeksi bir neçə dəfə gündəmə gəlib. Cənubi Almaniyada yaşayan bir müəllim sosial mediada məktəblərdə qısa şortların geyilməsinə qarşı olduğunu bildirib.`

İş ondadır ki, son bir neçə həftəsonu Almaniyada çox isti keçib. Metroloqlarda istilik ən yüksək həddə qalxıb. Bu isə bəzi məktəblərdə məktəblilər, xüsusilə də məktəbli qızların geyiminiu gündəmə gətirib. Hətta Twitterdə qısa şortlara qadağa məqsədi daşıyan #hotpantsverbot taqı da atılıb.

Təhrikedici geyimlərə yox.

Bütün bunlardan sonra Almaniyanın cənubundakı Horb-Altheimdə məktəblərdə çox qısa geyimlə bağlı qadağa qüvvəyə minib. Baş müəllim Bianca Brissaud valideynlərə yazdığı məktubda bu qadağalara izahat da verib.

Yerli “Schwarzwälder Bote” qəzetinin yazdığına görə, müəllim izahatda bunları yazıb: “Son vaxtlar biz məcburən bu qənaətə gəlmişik ki, məktəbli qızlar provakasiyaya cəkəcək tərzdə geyinirlər”. Daha sonra müəllimə yazıb ki, o şəxsən belə düşünmürmüş. Amma bəzi kişi və qadın həmkarlarının dedikləri bunu deməyə əsas verib. Məktubda bildirilir ki, “Açıq-saçıq geyimdəki məktəblilərə (məsələn göbəyi açıq qalan, qısa şort və ya qısa yubka geyənlərə) məktəbdə olduqları müddət uzun köynəklər veriləcək”.

"Qadaga qoymaqdansa..."

Effy adlı Twitter istidadəçisi isə yazır ki, geyimə qadağa qommaqdansa, valideynlər öz oğullarına qızlara pis gözlə baxmamağı öyrətməlidirlər.

“Mənim bəzi kişi həmkarlarım tələbə qızlarla necə danışmağı bilmirlər”, - bunu da Bianca Brissaud etiraf edir. O deyir ki, qısa şortlara qadağa və uzun köynəklər verilməsi müvəqqəti addımdır:" Yay qurtardıqdan sonra məktəb tələbə və valideynlərlə rəsmi geyim kodeksi üzərində işləyəcək. Onda hər bir şeyə ciddi nəzarət vacib olmayacaq. Necə ki, Almaniyanın digər cənub şəhəri Würzburgdakı Deutschhaus adlı məktəbdə müəllimlər və tələbələr belə qərara gəliblər ki, qısa şortlara icazə verilsin. Şəffaf bluzlara, seksual, irqçi və ya narkotika ilə bağlı yazıları olan koynəklərə isə icazə verilmir".

"Süddeutsche Zeitung" qəzetinin yazdığına görə, bəzi tələbələr bununla bağlı etiraz aksiyası keçirsələr də, əksəriyyət bununla razı idi.

“Söhbət özünü həddən ziyadə açıq göstərmədən, uyğun geyinməkdən gedir”, - 15 yaşlı Tabea belə deyir. Twitter istifadəçisi Jella daha sadə həll təklif edir: Məktəbli formasının tətbiq edilməsi.

Məktəbli forması iyunda Almaniyanın başqa bir şəhərində baş vermiş anlaşılmazlığın da qarşısını ala bilər. Tənqidçilər tədris-hissə müdiri Martin Thalhammeri tələbələrinə islam normalarını tətbiq etməkdə günahlandırırlar.

O valideynlərə yazdığı məktubda deyir: “Bizim məktəb qaçqınlara yaxın yerdə yerləşdiyindən cavan, müsəlman görünüşlü və sığınacaq axtaran kişilərlə qarşıdurmadan yan keçmək üçün ehtiyatlı geyinmək lazımdır. Qısa və açıq geyimlər anlaşılmazlıqlara gətirib çıxara bilər”.

Tədris-hissə müdiri daha uzağa gedərək yazır ki, məktəblilər sığınacaq axtaranların üzlərinə belə baxmasınlar. Mühafizəkar alman saytları deyilənləri islam qanunlarına əsaslanan “məktəbin şəriət qaydaları” adlandırıblar.

Thalhammer özü "Süddeutsche Zeitung"-ə deyib ki, onun məqsədi məktəblilərin diqqətini iki müxtəlif mədəniyyətin toqquşmaısna çəkmək olub.

Bütün hallarda artıq soyuqlar düşür və şortlar, qısa yubkalar və nazik bluzlarla bağlı geyim problemləri öz-özünə aradan qalxacaq. Soyuq havada isti geyim çox problemlərin üstünü örtəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG