Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 12:35

Azərbaycanın “Almaniyadakı məddahları” tənqid olunur


Almaniyada azərbaycanlıların etiraz aksiyası
Almaniyada azərbaycanlıların etiraz aksiyası

Human Rights Watch təşkilatının Almaniyadakı direktoru Wenzel Michalski və idman eksperti Von Sylvia Schenk “Frankfurter Rundschau” qəzetinə məqalə yazıblar

.

“Son iki ildə Azərbaycan postsovet məkanının ən irticaçı ölkələrindən birinə çevrilib. Buna baxmayaraq Almaniyanın millət vəkilləri Mark Hauptmann (CDU), Eberhard Gienger (CDU) və André Hahn (Die Linke) heyrətamiz bir şəkildə Almaniyanı Azərbaycan hökumətini dəstəkləməyə çağırıblar…” – bunu Human Rights Watch təşkilatının Almaniyadakı direktoru Wenzel Michalski və insan haqları və idman eksperti Sylvia Schenk “Frankfurter Rundschau” qəzetində dərc olunmuş məqaləsində yazıb.

Wenzel Michalski
Wenzel Michalski

Müəllifləri Azərbaycana dəstək məsələsində Sosial Demokrat İttifaqı ilə Die Linke (solçular) partiyalarının həmrəyliyi təəccübləndirib. Digər tərəfdən Almaniya solçuları artıq çoxdan bəridir ki, elə postsovet məkanında Rusiyanın hazırkı rejiminə verdikləri dəstəklə də tanınırlar.

Wenzel MichalskiSylvia Schenk yazırlar ki, sözü gedən millət vəkilləri ötən iyunda Bakıda keçirilmiş Avropa Oyunlarında iştiraka nəinki haqq qazandırıblar, onlar hətta bu tədbirdən istifadə edərək diqqəti Azərbaycandakı bərbad insan haqlarına çəkənləri də tənqid atəşinə tutublar.

“Onlar hətta Avropa rəhbərlərini VİP lojasında prezident İlham Əliyevi dəstəkləmək “fürsətini” əldən buraxdıqlarına görə məzəmmət də ediblər” – yazır müəlliflər.

Ləyaqət və səfalət

Müəlliflər kinayə ilə yazırlar ki, həmin oyunların açılışıını seyr etmək hörmətli təhqiqat jurnalisti Xədicə İsmayılovaya, xəstə insan haqları müdafiəçisi LeylaArif Yunuslara, insan haqları fəalı Rəsul Cəfərova, insan haqları vəkili İntiqam Əliyevə də qismət olmayıb, çünki bu adamların hamısı həbsxanalardadır.

Sylvia Schenk
Sylvia Schenk

Məqalədə deyilir ki, sözü gedən millət vəkilləri Bakı hava limanından şəhərin dubaysayağı mərkəzinə gedərkən heç şübhəsiz Xədicə İsmayılovanın “xoşbəxtlik kəməri” adlandırdığı hasarı da görüblər. Bu hasarın arxasında yoxsulluq və səfalət gizlənir.

“Bu səfaləti və çoxsaylı insan haqları pozuntularını faş etdiklərinə görə Xədicə İsmayılova və onun kimiləri bunun bədəlini öz azadlıqları qiymətinə ödəyirlər” – deyilir məqalədə.

Müəlliflər yazırlar ki, təməl insan haqlarını cəsarətlə müdafiə etdiyinə görə noyabrın 11-də Münhendə İsmayılovaya Human Rights Watch təşkilatının ən yüksək mükafatı - Alison Des Forges mükafatı təqdim olunmalıdır.

“Biz səmimi qəlbdən inanmaq istərdik ki, bu üç müəllif onu təbrik edəcəklər” – deyilir məqalədə.

Bəziləri lojada, bəziləri həbsdə

Məqalədə deyilir ki, “bütün ölkələrin problemləri var”, lakin Azərbaycan Avropa Oyunlarına ev sahibliyini öz üzərinə götürməklə projektorun altına çıxıb və onun insan haqları üzərinə də beləcə işıq düşüb.

Patrick Hickey
Patrick Hickey

Müəlliflər bu qənaətdədirlər ki, Avropanın VİP qonaqları məhz bu səbəbdən də Bakıya, Oyunların açılışına səfər etməməli idilər. Çünki insan haqlarının ilbəil pisləşdiyi bir ölkədə oyunların ərəfəsində Azərbaycan hökumətinin irticası daha da artmışdı.

Müəlliflərin fikrincə, Birinci Avropa Oyunları beynəlxalq idman icmasının gözləntilərinə rəğmən Azərbaycan hökumətinin özünüreklamı üçün alət olub və eyni zamanda ölkə daxilində hakimiyyəti tənqid edənlərin üzərinə hücumlar ara verməyib.

Wenzel Michalski və Sylvia Schenk yazırlar ki, Gienger, Hauptmann və Hahn-ın Bakı Oyunlarından feyziyab olduqları bir vaxtda Azərbaycan hökuməti məqsədli olaraq bir neçə jurnalistə viza verilməsindən imtina etmiş və bununla da Olimpiya xartiyasını aşkar şəkildə pozmuşdu.

Məqalədə deyilir ki, uzun illər bu ölkədə insan haqları sahəsində araşdırmalar aparmış Human Rights Watch təşkilatının Azərbaycana girişinə qadağan qoyulub, oyunların ərəfəsində hökumət ATƏT-in Bakı ofisini bağlayıb, Amnesty İnternational insan haqları təşkilatına öz hesabatlını Bakıda təqdim etmək imkanı verməyib.

Hickey insan haqlarından xirtdəyə yığılıb

Məqalədə deyilir ki, bütün bunlara göz yuman Avropa Olimpiya Komitələri təşkilatının özü də Olimpiya xartiyasını pozub.

Michalski və Schenk yazırlar ki, Beynəlxalq Olimpiya Komitəsinin mövcud insan haqları problemlərinə biganə qalması və böyük idman tədbirlərinin repressiv rejimlərə həvalə edilməsi idmanı diktatorun iradəsinə uyğun olaraq hörmətdən salır.

Biz Olimpiya dəyərləri və nə etməli olduğumuz barədə Qərbi Avropa ölkələrinin mühazirələrindən xirtdəyə yığılmışıq”. Bu bəyanatı verən Avropa Olimpiya Komitəsinin prezidenti Patrick Hickey-dən sonra deməyə söz də qalmır

“Biz Olimpiya dəyərləri və nə etməli olduğumuz barədə Qərbi Avropa ölkələrinin mühazirələrindən xirtdəyə yığılmışıq”. Bu bəyanatı verən Avropa Olimpiya Komitəsinin prezidenti Patrick Hickey-dən sonra deməyə söz də qalmır” – yazırlar Michalski və Schenk.

Onların fikrincə, buna baxmayaraq, Qərbi Avropa liderləri həmrəy şəkildə Avropa Oyunlarının açılış mərasiminə gəlməyərək istər AOK-u, istərsə də prezident Əliyevi pərt qoyublar.

Məqalədə deyilir ki, Gienger, Hauptmann və Hahn Azərbaycanın iddia edilən geosiyasi, strateji və iqtisadi üstünlüklərini və Avrropaya meylli siyasətini mədh edən məqalə yazmaqla, Əliyevin təbliğatı üçün alətə çevriliblər, artmaqda olan insan haqları böhranını gizlətməkdə köməklik göstəriblər.

Michalski və Schenk Avropa liderlərinə gələcəkdə Azərbaycan hökumətinin əməyi yaxşı ödənən lobbiçilərinin yazdıqları məqalələri oxumaq əvəzinə, bu ölkə haqqında real faktları tədqiq etməyi məsləhət görürlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG