Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:13

Almaniya “Erdoğanın təhqir olunması” işini bağladı


Jan Boehmermann (sağda) və Türkiyə prezidenti Recep Tayyip Erdoğan

Jan Boehmermann (sağda) və Türkiyə prezidenti Recep Tayyip Erdoğan

Almaniya prokurorları Türkiyə prezidenti Recep Tayyip Erdoğanın təhqir edilməsində ittiham olunan televiziya məzhəkəçisinə dair cinayət işinə xitam veriblər.

Ölkənin qərbindəki Mayntz şəhərinin prokurorluğu bildirib ki, Jan Boehmermann barəsində cinayət ilşinin davam etdirilməsi üçün kifayət qədər sübutlar tapılmayıb.

Boehmermann ötən mart ayında bir televiziya proqramında cənab Erdoğana seksual eyhamlar atan satirik şeir oxumuşdu.

Cənab Erdoğan bununla əlaqədar şərəf və ləyaqətinin təhqir edildiyinə dair rəsmi şikayət vermişdi.

Şeirdə nə cinayət?

Oktyabrın 4-də yayılmış bəyanatda prokurorluq bildirib ki, “bu işdə cinayətkar hərəkətlərin mövcudluğu zəruri əminliklə müəyyənləşdirilməyib”.

Bəyanatda deyilir ki, cənab Boehmermann-ın iddia edilən təhqiri şeir formasında olduğundan onu rəsmiləşdirmək mümkün olmayıb.

Ötən aprel ayında Türkiyə ilə münasibətlərin pozulmasını istəməyən kansler Angela Merkel məzhəkəçiyə qarşı mümkün cinayət işinin açılmasına yaşıl işıq yandırmışdı.

O vaxt mətbuat xanım Merkeli söz azadlığını müdafiə etməməkdə günahlandırmışdı.

Almaniya qanunlarına əsasən bu cinayət işini hökumət kabineti sanksiyalaşdırmalı idi.

Buna baxmayaraq Angela Merkel xarici dövlət nümayəndələrinin təhqirinə görə məsuliyyət nəzərdə tutan, lakin demək olar istifadə edilməyən 103-cü maddənin ləğvinə çağırmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG