Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:46

Almaniya Erdoğanın “çıxışına” icazə vermədi


Almaniyanın Köln şəhərində Erdoğanla həmrəylik mitinqi

Almaniyanın Köln şəhərində Erdoğanla həmrəylik mitinqi

Köln şəhərində Türkiyə prezidenti ilə həmrəylik mitinqinə on minlərlə türk qatılmışdı

Almaniyanın Köln şəhərində on minlərlə türk, prezident Recep Tayyip Erdoğanla həmrəylik mitinqinə qatılsa da, bu aksiya Berlinlə Ankara arasında yeni diplomatik çəkişməyə və qanqaralığına səbəb olub.

Məsələ burasındadır ki, Erdoğan Almaniyada keçirilən bu aksiyaya videoəlaqə vasitəsilə qoşulmalı idi, lakin şənbə günü Almaniyanın Konstitusiya Məhkəməsi Türkiyə prezidentinin çıxışının mitinq zamanı göstərilməsini qadağan edib.

Türkiyə prezidenti bu çıxışında iki həftə əvvəl uğursuzluqla nəticələnmiş çevriliş cəhdini bir daha pisləməli idi.

Erdoğanın mətbuat xidməti bildirib ki, rəsmi Berlin bu qadağanın səbəbləri barədə izahat verməlidir.

Almaniya mediasının yazdığına görə Erdoğanın videotranslyasiyası asayişin pozulmaması naminə qadağan olunub.

Almaniya mediası Kölndə keçirilən nümayişə 35 min türkin qatıldığını bildirib.

Almaniyada üç milyona yaxın Türkiyə mənşəli mühacir yaşayır və onların əksəriyyəti son seçkidə Erdoğanın AKP partiyasına səs verib.

"Biz buraya ona görə toplaşmışıq ki, Almaniyadakı soydaşlarımız demokratiyanı dəstəkləyir və çevriliş cəhdini pisləyirlər” – deyib Türkiyənin Almaniyada doğulmuş idman və gənclər naziri Akif Cağatay Kılıc.

Aksiyada prezident Erdoğanın müraciəti tribunadan oxunub.

Bu da xəbər verilir ki, türklərin izdihamlı aksiyasına cavab aksiyasında qat-qat az adam olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG