Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:35

Dispetçer telefonla oynamasaydı, qatarlar toqquşmazdı... (Video)


12 nəfərin ölümünə görə 3 il yarım həbs cəzası aldı
Gözlə

No media source currently available

0:00 0:00:55 0:00

12 nəfərin ölümünə görə 3 il yarım həbs cəzası aldı

Almaniyada dəmiryol qəzasında təqsirli bilinən dispetçer 3 il yarım azadlıqdan məhrum edilib.

Michael adlı 40 yaşlı dispetçer məsuliyyətsizlikdə, iş vaxtı smartfonda oyun oynamaqda təqsirli bilinib.

2016-cı il fevralın 9-da Münhenin 40 kilometrliyində 2 sərnişin qatarının toqquşması nəticəsində 12 nəfər ölüb,89 nəfərsə xəsarət alıb.

Özəl şirkətə məxsus olan hər iki “Meridian” qatarı Münhenlə Zalsbur arasında hərəkət edir.

Qəza vaxtı karnaval və məktəblərdə tətil olduğundan, qatarlarda uşaq olmayıb.

İstintaqın gəldiyi nəticəyə görə, dispetçer qəza vaxtı oyun oynadığından yol ayrıcında xətti düz keçirməyib və qatarları baş-başa göndərib.

“Deutsche Bahn” - Almaniya dəmir yolları idarəsinin qaydalarına görə iş vaxtı smartfondan istifadə qadağandır.

Məlumata görə dispetçer sonradan səhvə yol verdiyini bildiyindən maşinistlərə zəng edərək qəzanın qarşısını ala bilərmiş, amma nədənsə nömrəni səhv yığıb.

Prokuror ona azı 4 il yarım iş istəsə də (Almaniyada bu işə görə maksimim cəza 5 ildir) müdafiə tərəfi onun vahiməyə düşdüyünü əsas gətirərək cəzasını azalda biliblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG