Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 19:57

İŞİD-in sıralarında olmuş keşmiş alman cihadçı deyib ki, təşkilat Avropa üzərinə əlaqələndirilmiş basqına hazırlaşır.

“Onlar elə bir şey etmək istəyirlər ki, hər yerdə eyni vaxtda baş versin” – deyib milliyyətcə alman Harry S.

Harry deyib ki, o cihad sıralarını insanların başlarının kəsilməsini gördükdən sonra tərk etməyi qərara alıb və qaçaq düşüb.

"The İndependent" qəzeti yazır ki, 27 yaşlı keçmiş cihadçı özü ilə dəhşətli xəbərlər gətirib. O deyir ki, İŞİD bütün Avropa boyunca böyük terror hücumuna hazırlaşır.

Onlar elə bir şey etmək istəyirlər ki, hər yerdə eyni vaxtda baş versin

Onun sözlərinə görə, hazırda bu əməliyyatın həyata keçirilməsi üçün avropalı cihadçılarla söhbətlər aparılır. İŞİD əmr edir ki, “onlar cihadı özləri ilə evlərinə” aparsınlar.

Harry S həmçinin qədim Palmira şəhəri İŞİD tərəfindən zəbt olunduqdan sonra həyata keçirilən qətliamlardan danışıb.

Maraqlı sual doğur: Bütün bunları keçmiş cihadçı, alman Harry harda və kimə deyib?

Məsələ burasındadır ki, gənc alman artıq vətəninə - Almaniyaya qayıda bilib və hazırda həbsxanada saxlanır. O polis tərəfindən dindirilir. Elə bu arada ölkənin nüfuzlu “Der Spiegel” məcmuəsinə də Harry S-lə söhbət etmək imkanı veriblər.

Harry israr edir ki, İŞİD-i cəmi üç aydan sonra tərk etməsinə səbəb, qrupun Suriyada törətdiyi qansızlıqları görməsi olub.

İŞİD-in Merkel-ə qanlı mesajı

“The İndependent” yazır ki, keçmiş döyüşçü hələ cihadçı olan vaxtlarında İŞİD-in təblıiğat videosuna “düşüb”.

Bu hadisə ötən may ayında, Palmirada baş verib. Həmin videoda Harry-nin əynində hərbi forma, əlində İslam Dövləti adlanan təşkilatın bayrağı var.

Bu videoda almandilli döyüşçülər dünya boyunca İŞİD tərəfdarlarını yaşadıqları yerlərdə cihada çağırırlar.

“Səndən tələb olunan budur ki, böyük bir bıçaq götürüb küçələrə düşəsən və qarşına çıxan bütün kafirləri qətlə yetirəsən” – deyilirdi videoda.

Almaniya polisi Berlin məsçidinin yanında

Almaniya polisi Berlin məsçidinin yanında

Həmin videoya belə bir ad verilmişdi: “Xilafət şirlərinin Angela Merkel-ə qanla yazılmış mesajı”.

Bu videoda məşhur Avstriya islamçısı Mohamed Mahmoud da görünür.

O Avstriyada, indi qadağan olunmuş sələfi təşkilatı “Millatu İbrahimi” yaratmışdı.

Harry S deyir ki, hər həftə Raqqada moizələr oxuyan Mahmoud kütləvi edamlara şəxsən rəhbərlik edirdi.

Mahmoud-un və keçmiş Berlin repperi “Abu Talha al-Almani” adlı Denis Cuspert-in hava zərbələri zamanı öldürüldükləri Almaniya hökuməti tərəfindən rəsmən təsdiq edilməyib.

Harry S deyir ki, onları ilk dəfə Suriyada görüb. O güman edir ki, onların hər ikisini, böyük bir ehtimalla həbsxanada alman islamçı René Marc Sepac radikallaşdırıb. Rene-nin özü həbsxanada soyğunçuluq ittihamı ilə cəza çəkirdi.

Aldanmış və aldadılmış

Der Spiegel yazır ki, Harry 2014-cü ildə İŞİD-ə qoşulmağa cəhd edərkən Türkiyə polisi tərəfindən həbs edilmişdi. Türklər onu Almaniyaya, Bremenə qaytarmışdılar. O burada həftədə iki dəfə polis qeydiyyatından keçməliydi.

Buna baxmayaraq, Harry S bu ilin yazında başqa adla Suriyaya qaça bilib və İŞİD-ə qoşulub. Burada ona intiharçı bomba partlayışı törətməyi öyrədirdilər. O, ilk “əməliyyata” göndərilməsi ərəfəsində İŞİD-dən qaçaq düşüb.

İndi Harry S-i terrorçu təşkilata üzv olmaqda ittiham edirlər və onu uzunmüddətli həbsxana cəzası gözləyir.

Lakin onun vəkili Udo Würtz deyir ki, müştərisi təqsirsizdir. “O İŞİD təbliğatı tərəfindən və özü tərəfindən aldadılmış lakeydir” – deyib vəkil.

Almaniya kəşfiyyatının məlumatına görə, hazırda Suriya və İraqda İŞİD-in sıralarına qoşulmuş 700 almaniyalı var.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG