Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:00

Rusiya sərhədçiləri Azərbaycandan Dağıstana aparılan 18 ton təzə almanın ixracına imkan verməyib.

Bu haqda “Turan” Agentliyi Rusiya Fitosanitariya və baytarlığa nəzarət xidmətinə istinadən xəbər verir.

Məhsulun qonşu ölkəyə girişinə Rusiya-Azərbaycan sərhədində, “Yaraq-Qazmalar” beynəlxalq avtomobil buraxılış məntəqəsində qadağa qoyulub. Qadağanı “Rosselxoznadzor”un Dağıstan üzrə İdarəsinin müfəttişlərinin qoyduğu bildirilir.

Buna Ümumrusiya Bitkilərin Karantin Mərkəzinin Dağıstan filialının məhsulda zərərvericisi hesab edilən şərq alma qurdunun (Grapholitha molesta Busck) tapılmasına dair rəyi səbəb olub.

Ötən mövsümdə Azərbaycandan Rusiyaya Qərbin sanksiyaları fonunda 50 min tondan artıq alma ixrac edilib.

Nəticədə o zaman yerli bazarda alma iki dəfə bahalanmışdı. Ekspertlər Türkiyə ilə yaxınlaşmasından sonra, Rusiyanın Azərbaycan meyvə və tərəvəzinə bir elə də üstünlük verməyəcəyini təxmin edirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG