Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:00

2 il keçib. İlham Əliyev hansı vədinə əməl edib?


►"Göstəricilər yenilənsə, Azərbaycanda yoxsulluğun 2-3 dəfə artmış olduğu görünəcək."

Prezident İlham Əliyev hələ ki müstəqillikdən sonra Azərbaycanın hakimiyyətdə ən çox qala bilən dövlət başçısıdır. İki il əvvəl - oktyabrın 9-da o, üçüncü müddətə bu vəzifəyə sahibləndi. İlham Əliyevin prezidentliyinin iki ili arxada qalıb.

“GƏLƏCƏYƏ 10 ADDIM”

2013-cü ildə İlham Əliyev də seçki platformasını açıqlamışdı, “Gələcəyə 10 addım” adı altında görüləcək işləri sıralamışdı. Sıralamada iqtisadiyyatdan tutmuş insan haqlarına qədər bir sıra məsələlər yer almışdı.

Ötən iki ildə sadalanan məqsədlərə doğru neçə adım atılıb?

​Politoloq Zərdüşt Əlizadə ölkənin xarici siyasətinə toxunur. Bildirir ki, Azərbaycanda xalqın rifahı, insan haqlarından çox söz edilsə də, vədlər kağız üzərində qalıb:

“Sovet hakimiyyəti 70 il xalqın rifahı, demokratiya, insan azadlıqları deyə-deyə ömrünü indiki hakimiyyətə tapşırdı. İndiki hakimiyyət də demokratiya, insan azadlıqları və s. deyir. Gözləyək görək o, ömrünü sonrakı hakimiyyətə necə bağışlayacaq?”

Politoloq: "Rüşvət varsa, siyasət olmayacaq"
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Zərdüşt Əlizadə ölkənin xarici siyasətinə də toxunur. Deyir ki, xarici siyasət yox səviyyəsindədir. Düşüncələrini isə belə əsaslandırır:

“Azərbaycanın xarici siyasətdə uğur meyarı birdir. Əgər ərazi bütövlüyünü bərpa etsə, xaricdən qınaq gəlməsə, xarici siyasət uğurlu qurulub deməli. İndiki durumda xarici siyasət sıfırdır. Leninin gözəl sözü var. Harda rüşvət varsa, orda siyasət yoxdur. Azərbaycan siyasi hakimiyyətinin cövhəri, mayası, qayəsi, amalı rüşvətdir.”

Zərdüşt Əlizadə bildirir ki, qurulan dövlət sistemi səmərəsizdir. Xalq dövlətin müqəddəratını təyin etməkdən kənarlaşdırılıb. O, fikirlərini tamamlayaraq deyir ki, verilən vədlər hələ ki özünü doğrultmayıb.

Buna da bax: ABŞ senatında “Əliyevin öz xalqını incitməsindən” danışılıb

"YOXSULLUQ İKİ DƏFƏ ARTIB"

Prezidentin verdiyi vədlər arasında iqtisadiyyatın da inkişafı yer alır. "İqtisadiyyat 2 dəfə artırılacaq, qeyri-neft sektorunun həlledici üstünlüyü təmin ediləcək" - deyilir.

​İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, bu vədlər verilərkən ölkədə iqtisadi situasiya fərqli idi. Həmin ərəfədə dünya bazarında neftin qiymətinin də yüksək olduğunu deyən Natiq Cəfərli indi ümumdaxili məhsulun həcminin də azaldığını deyir. O, bu durumda iqtisadiyyatın iki dəfə artırılmasının hətta 2018-ci ilə qədər mümkün olmayacağını bildirir:

“Görünən odur ki, ümumdaxili məhsulun həcmi əksinə, azalıb. Azərbaycan iqtisadiyyatı azalmaya doğru gedir. Bu vəd mümkünsüz görünür.”

Ekspert: Azərbaycan iqtisadiyyatı azalır
Gözlə

No media source currently available

0:00 0:00:40 0:00

Natiq Cəfərli deyir ki, rəsmi statistikada yoxsulluğun həcminin azaldığı iddia olunsa da, reallıq fərqlidir. O, yoxsulluğun həcminin yanlış hesablandığını deyir:

“Hesablanmada beynəlxalq təcrübədə olan mal və xidmətlər götürülmür. Göstəricilər yenilənsə, Azərbaycanda yoxsulluğun 2-3 dəfə artmış olduğu görünəcək. Azərbaycanda yoxsulluq həddi 100-110 manat civarında hesablanır. Ancaq Azərbaycanda qiymətlər çox yüksəkdir. Avropanın ən kasıb ölkələrindən olan Bolqarıstanda yoxsulluq həcmi 180 avro civarında hesablanır. Yəni Azərbaycandan çoxdur. Qiymətlərsə Azərbaycandan 2-3 dəfə aşağıdır.”

Yoxsulluq səviyəsi artıb
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

Natiq Cəfərli 2013-2014-cü illərdə ipoteka sahəsində irəliləyiş olduğunu da qeyd edir. Lakin 2015-ci ildə bu sahədə durğunluq yarandığını deyir.

O əlavə edir ki, ölkədə inhisarçılıq və korrupsiya ilə bağlı problemlər hələ də qalır.

Ölkədə insan haqlarının durumuna gəlincə, beynəlxaq təşkilatlar son iki ildə vəziyyətin pisə doğru getdiyini, cəzasızlığın problem olaraq qaldığını deyirlər. QHT-lər, vətəndaş cəmiyyəti fəalları, hüquq müdafiəçilərin təqibinin artdığını bildirirlər.

Buna da bax: Ömürlük məhbusun "ölüm aclığı"na başladığı deyilir

“NEFT DÜŞÜR, BİZ İNKİŞAF EDİRİK”

İlham Əliyev
İlham Əliyev

Prezident İlham Əliyevsə əksini deyir. O, nazirlər kabinetinin sonuncu iclasında bildirib ki, bu il Azərbaycanda iqtisadi inkişaf çox sürətlidir:

“6 ayın yekunları deməyə əsas verir ki, biz bu ili çox yüksək nəticələrlə başa vuracağıq. Ümumi daxili məhsul təxminən 6 faiz, qeyri-neft iqtisadiyyatı 9 faizdən çox artıb. İnflyasiya çox aşağı səviyyədədir. Kənd təsərrüfatı 7,3 faiz, qeyri-neft sənayesi 14 faiz artıb. Azərbaycanda neft hasilatı artmır, düşür. Neftin qiyməti iki dəfədən çox düşüb. Ancaq biz yenə də inkişaf edirik. Qəbul etmək istəmirlər ki, bizim inkişafımızın təməlində düşünülmüş siyasət dayanır.”

Prezident indiyədək olan çıxışlarında demokratiyanın yoxluğu, insan haqlarının pozulması haqda fikirləri də cəfəngiyat adlandırıb.

XS
SM
MD
LG