Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:24

“Bern görüşü prezidentlərə yox, həmsədrlərə lazımdr”


►"Nəticəsiz görüşlər Ermənistan hakimiyyətinə Dağlıq Qarabağ ətrafında status-kvonu uzatmaq üçün lazımdır"

Azərbaycan və Ermənistan prezidentləri Ilham Əliyev və Serj Sarkisyan İsveçrənin paytaxtı Bern şəhərində gözlənən görüşünü şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, həmsədrlər bu il danışıqları irəliyə apara bilmədilər:

“Yəni heç nə təklif etmədilər. İlin sonuna yaxınlaşırıq, hesabatların hazırlanması vaxtıdır. Həmsədrlər hazırlayacaqları hesabatda isə öyünə biləcək heç nə göstərə bilmirlər. Yeganə nəticə kimi də heç olmazsa prezidentləri görüşünü göstərmək istəyirlər. Həmsədrlər əvvəlcə prezidentləri sentyabrda BMT sessiyası çərçivəsində Nyu-Yorkda görüşdürmək istədilər. Alınmadı. Azərbaycan prezidenti Nuy-Yorka getmədi. Daha sonra həmsədrlər aylarla çalışdılar ki, prezidentləri dekabrın əvvəlində iqlim dəyişikliyi zirvəsi çərçivəsində Parisdə görüşdürsünlər. Yenə alınmadı. Azərbaycan prezidenti Nyu-Yorka getmədiyi kimi Parisə də getmədi. İndi isə İlham Əliyev görüşə razılıq verdi”.

Buna da bax: Azərbaycan XİN: "Bu, ermənipərəst mövqedir"

"Bakı razılıq verməsəydi..."

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

Elxan Şahinoğlu deyir ki, görünür, bu dəfə də görüşə razılıq verməsəydi, rəsmi Bakı dialoqdan qaçan tərəf kimi xarakterizə oluna bilərdi: “Ona görə də İlham Əliyev sonda Bern görüşünə razılaşdı”.

Ekspert Bern görüşündən də ciddi nəticə gözləmir. Onun fikrincə, danışıqlarda irəriləyiş yoxdur və rəsmi Yerevan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağa hazır deyil:

“Bunsuz isə sülh planı işə düşməyəcək. Əksinə, düşünürəm ki, Bern görüşünün nəticəsiz qalması cəbhə bölgəsindəki vəziyyəti bir az da gərginləşdirəcək. Nəticəsiz görüşlər Ermənistan hakimiyyətinə Dağlıq Qarabağ ətrafında status-kvonu uzatmaq üçün lazımdır. Azərbaycana isə bu lazım deyil”.

İlham Əliyev ilə Serj Sarkisyan arasında son görüş 2014-cü il oktyabrın 27-də Fransa prezidenti Fransua Ollandın vasitəçiliyi ilə Parisdə baş tutmuşdu.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG