Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:36

İlham Əliyevin ona sual verən erməniyə cavabı


İlham Əliyev
İlham Əliyev

-

“Ermənistanı nəinki biz, dünyanın ən böyük beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurası da ittiham edir. Bu qurum Ermənistan qoşunlarının dərhal və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasına dair 4 qətnamə qəbul edib”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev bu günlərdə Münhendə keçirilən beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində Ermənistan Xarici İşlər Nazirliyinin adı çəkilməyən əməkdaşının sualını cavablandırarkən deyib.

Onun prezident İlham Əliyevə sualı belə olub:

“Mən Ermənistan Xarici İşlər Nazirliyindənəm və sualım Prezident Əliyevədir. Cənab Prezident, Siz Ermənistanı suyun çirkləndirilməsi və digər ciddi siyasi məsələlərə görə günahlandırırsınız və bununla bağlı bizim fərqli mövqeyimiz var. Azərbaycanda baş verən hər bir mənfi hala görə Azərbaycanın Ermənistanı günahlandırmasını necə izah edə bilərsiniz? Məsələn, beynəlxalq ictimaiyyət Azərbaycanı insan hüquqları sahəsində vəziyyətə görə tənqid etdəndə Azərbaycan Ermənistanı günahlandırır. Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti Azərbaycanla bağlı ciddi qətnamələr qəbul etdəndə Azərbaycan yenə də Ermənistanı və erməni lobbisini tənqid edir. Hətta Azərbaycanda neft istehsalı azaldıqda “British Petroleum” şirkəti Ermənistanla əlbir olmasına görə tənqid edildi. Cənab Prezident, bütün bu çətin suallara bir cavab verilməsi daha asan deyilmi?

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Prezident İlham Əliyev:

- Əvvəla, qeyd etmək istəyirəm ki, sizin dedikləriniz tamamilə səhvdir. Biz Ermənistanı sizin qeyd etdiyiniz səbəblərə görə günahlandırmırıq.

Biz Ermənistanı işğala görə günahlandırırıq və bunu təkcə biz yox, ən ali beynəlxalq qurum olan BMT-nin Təhlükəsizlik Şurası da edir. BMT Təhlükəsizlik Şurası erməni qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib.

Günahsız insanlar yalnız azərbaycanlı olduqları üçün erməni yaraqlıları tərəfindən qətlə yetirilib. Bu qırğın dünyanın 10-dan çox ölkəsi tərəfindən tanınır. Ermənistan bir milyondan çox insanı qaçqın və məcburi köçkün edib. Onlar öz torpaqlarında qaçqına çevriliblər. 40 min nəfər Dağlıq Qarabağ, 750 min nəfərsə Azərbaycanın digər işğal olunmuş ərazilərindən köçkün düşüb. 200 min azərbaycanlı isə Ermənistanda etnik təmizləməyə məruz qalıb..

Bütün bunlar işğalın, sizin qonşu ölkələyə qarşı siyasətinizin nəticəsidir. İşğal dayandırılmalıdır. Regionda təhlükəsizlik istəyirsinizsə, işğalı dayandırın.

Həmçinin baxın - AzadlıqRadiosunun Youtube Kanalında izləyin:

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG