Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:11

-

Azərbaycanın dövlət başçısı İlham Əliyev İstanbulda Türkiyə prezidenti Receb Tayyib Erdoğanla görüşüb.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Azərbaycanla Türkiyə arasında münasibətlərin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Mütəmadi xarakter daşıyan yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd olunub.

Prezidentlər İstanbulda keçirilən Dünya Humanitar Sammitinin beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verdiyini bildiriblər.

Ölkə başçılarının görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlərin də müzakirə edildiyi deyilir.

İstanbulda BMT-nin Dünya Humanitar Sammiti keçirilir. Sabah başa çatacaq sammitdə dünyadakı humanitar problemlər müzakirə edilir.

Prezident İlham Əliyev və xanımı mayın 22-də İstanbula gəliblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG