Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:05

Əliyevlər Bodrumda


İllüstrasiya
İllüstrasiya

►Mehriban Əliyevanın kitab oxumağa üstünlük verdiyi bildirilir

Türkiyənin sozcu.com.tr saytı Azərbaycan prezidenti İlham Əliyevin həyat yoldaşı ilə birlikdə Bodrumdakı otellərindən birində istirahət etdiyini bildirir.

Xəbərə görə, Əliyevlər Bodruma üç gün əvvəl, havada və quruda gücləndirilmiş mühafizə ilə gəliblər. Onların ilk günlər dənizə getmədiyi bildirilir.

Sozcu.com.tr saytında yazılanlara görə, istirahətin üçüncü günündə İlham Əliyev tənha şəkildə dənizdə çimərkən görüntülənib. Ancaq sahil mühafizəsinin hədsiz diqqəti yenə də onun üzərində olub.

Sayt daha sonra qeyd edir ki, prezidentin həyat yoldaşı dənizdə onu müşaiyət etməyib. Mehriban Əliyevanın kitab oxumağa üstünlük verdiyi bildirilir.

Turan Agentliyinin xəbərinə görə, 2013-cü ilin martında Türkiyə KİV-lərində İlham Əliyevin Bodrumun Yalıkavak adlanan ərazisində 13 milyon avroya beşulduzlu otel aldığı yazılmışdı.

Türkiyə mediasının yazdığına görə, ümumi sahəsi 17 min kv. metr olan oteldə 145 otaq var. Otelin adı açıqlanmırdı. Amma qeyd edilirdi ki, otel Kalimnos və Leros adalarına gözlə görüləcək qədər yaxın məsafədə yerləşir.

Ölkə başçısının məzuniyyətdə olması barədə Azərbaycanda rəsmi bilgi verilməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG