Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:08

"Human Rights Watch" İlham Əliyevə təzyiq göstərməyə çağırır


Human Rights Watch

Human Rights Watch

“Almaniya rəsmiləri Azərbaycan prezidenti İlham Əliyevin Berlinə səfəri zamanı haqsız həbsə məhkum edilmiş siyasi fəallar və hökumətin tənqidçilərini azad etmək üçün ona təzyiq göstərməlidirlər”.

Belə bir bəyanatla iyunun 6-da Human Rights Watch təşkilatı çıxış edib.

Bəyanatda həmçinin bildirilir ki, rəsmilər İlham Əliyevi bu yaxınlarda azad edilmiş fəallara qarşı məhdidiyyətlər və fundamental azadlıqları məhdudlaşdıran qanunları ardan qaldırmağa çağırmalıdırlar.

Bəyanatda qeyd edilir ki, İlham Əliyev iyunun 7-8-də iqtisadi forumda iştirak eləmək üçün Almnaiyada rəsmi səfərdə olacaq və bu səfər Almaniya rəsmilərinin ədalət səsini ucaltması üçün vacib imkandır.

Bəyanatda deyilir ki, hüquq müdafiəçiləri Leyla və Arif Yunuslar, araşdırmaçı jurnalist Xədicə İsmayıl da daxil olmaqla bu ilin martından başlayaraq Azərbaycanda 17 hüquq müdafiəçisi, jurnalist və gənc fəal həbsdən azad edilib.

Amma digər jurnalist və fəallar xüliqanlıqdan tutmuş vergidən yayınma ittihamları ilə hələ də həbsdədirlər.

Bəyanatda buna misal kimi müxalifətdə olan REAL hərəkatının lideri İlqar Məmmədov, Azadlıq Qəzetinin əməkdaşı və “Azərbaycan Saatı” televiziya proqramının aparıcısı Seymur Həzi, NİDA hərəkatının üzvü və gənc blogger İlkin Rüstəmzadənin adları çəkilir.

Təşkilat həmçinin müxalifıətdə olan “Xalq Cəbhəsi” partiyasının azı 14 fəalının hazırda həbsdə olduğunu vurğulayır.

Bəyanatda ölkədə bu cür repressiv üsulların hələ də davam etdiyi və bu ilin mayında gənc fəallar Qiyas İbrahimovla Bayram Məmmədovun narkottik ittihamı ilə həbsə atıldıqları qeyd edilir.

Bəyanatda daha sonra deyilir ki, hakimiyyət bu ilin martında bir sıra QHT-lərə qarşı cinayət işini dayandırsa da ölkədəki mövcud qanunlar onların işini əngəlləməkdə davam edir.

Təşkilatın Avropa və Orta Asiya üzrə direktoru Hugh Williamson sonda bildirir ki, Almaniya rəsmiləri İlham Əliyevə bildirməlidirlər ki, ikitərərfli münasibətlərin yaxşılığı Azərbaycanın bu sahədə üzərinə götürdüyü beynəlxalq öhtəlikləri yerinə yetirməsindən aslıdır. “Qqanunsuz həbsə atılanların azad edilməsi və repressiv qanunlara düzəliş edilməsi bu istiqamətdə ilk addım omalıdır”, deyə bəyanatda bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG