Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:34

-

«Google» şirkəti alış-verişi sadələşdirən yeni ödəmə sistemini tanıdıb.

«Hands Free» adlanan xidmətlə alıcı pul kisəsini, smartfonunu, bank kartını çıxarmadan, sadəcə, səslə ödəniş edə bilər.

Servis «Android pay» ödəniş sistemindən ayrı, müstəqil mobil proqramdır. Alıcı proqramı telefonuna yükləyib, qeydiyyatdan keçir. Sistem Wi-Fi, «Bluetooth», lokasiya xidmətlərindən yararlanaraq istifadəçinin olduğu mağazanı müəyyənləşdirir. Ödəmə vaxtı gələndə, alıcı «Mən Google-la ödəyəcəm» (I’ll pay with Google) deyir. Kassir onun ad və soyadını soruşur, proqrama yüklədiyi fotoyla uyğunluğunu yoxlayır.

Bəzi mağazalarda alıcının şəxsiyyətini avtomatik təsdiqləyən kameralar da quraşdırılıb. Görüntü dərhal silinir, bank kartı məlumatları gizli saxlanılır və mağazalarla paylaşılmır.

Xidmət «Android» və «iOS» platformalı cihazlar üçün hazırlanıb. Hələlik sınaq mərhələsində olan proqramla indi San- Fransiskonun bir neçə mağaza və kafesində ödəniş etmək olar.

Günün bütün mövzuları

XS
SM
MD
LG