Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:30

'Əli və Nino' filmi Bakıda göstərilməyə başladı


"Əli və Nino" filmindən bir kadr
"Əli və Nino" filmindən bir kadr

Oktyabrın 6-dan “Əli və Nino” filminin “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayişinə başlanıb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, ekran əsəri Azərbaycan və ingilis dillərində göstərilir.

Filmin Azərbaycan premyerası dünən-oktyabrın 5-də Heydər Əliyev Mərkəzində baş tutub.

Buna da bax: Bakıda «Əli və Nino» filmi çəkilir- [19 foto]

“Əli və Nino”nun ilk nümayişi 2016-cı yanvarın 27-də ABŞ-ın “Sundance” beynəlxalq film festivalı çərçivəsində olub.

Ekran əsəri festivalda 3 gün boyu “Premyera” kateqoriyasında təqdim edilib.

Oktyabrın 24-də başlayacaq Asiya Dünya Film Festivalı “Əli və Nino” filmini açılış mərasimində nümayiş olunmaq üçün kimi seçib.

Buna da bax: “Əli və Nino” filminə üç baxış

Çəkilişləri 2015-ci ildə aparılan “Əli və Nino” filminin süjet xətti Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və XX əsrin əvvəlində ölkənin Rusiya tərəfindən işğalı fonunda müxtəlif dinlərə etiqadedən iki gəncin sevgi hekayəsi üzərində qurulub.

Ali ve Nino
Ali ve Nino

Filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru Asif Kapadia, ssenari müəllifi Kristofer Hemptondur.

Çəkilişlər Bakının tarixi İçərişəhərində, Qobustan, Xınalıq, Gəncə və Gədəbəydə aparılıb.

104 dəqiqəlik ekran əsərində baş rollarda Adam Bakri (Əli) və Mariya Valverde (Nino) çəkilib. Filmdə Halit Ergenç, Mendi Petinkin, Fəxrəddin Manafov, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Əsad Buab, Numan Akar və digər məşhur aktyorlar iştirak ediblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG