Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:50

Asif Kapadia Azərbaycanı “çox gözəl yer” adlandırdı


"Əli və Nino" filmindən kadr
"Əli və Nino" filmindən kadr

►“Burada Şərq Qərblə, Avropa Asiya ilə, müsəlmanlıq xristianlıqla görüşür. Bura çox gözəl yerdir”

Azərbaycanla bağlı bu sözləri “Əli və Nino” filminin rejissoru Asif Kapadia BBC telekanalına filmin çəkilişləri barədə danışarkən səsləndirib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin Heydər Əliyev Fonduna istinadla yaydığı xəbərə görə, A. Kapadia BBC-yə filmdə təqdim edilmiş tarixin Qafqazda - daha əvvəllər haqqında heç nə bilmədiyi regionda baş verdiyini bildirib:

“Lakin hazırda bu regionun dünyada baş verən hadisələr fonunda vacib region olduğu məlum olur”.

BBC filmdən hissələr və onun yaradılması prosesini təqdim edib. “Əli və Nino” filminin premyerası ötən ay ABŞ-ın “Sundance” beynəlxalq film festivalı çərçivəsində “Premyera” kateqoriyasında baş tutub.

Filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.

__________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

Rejissor A. Kapadianın 2015-ci ildə çəkdiyi digər ekran əsəri - “Emi” (“Amy”) “Ən yaxşı tammetrajlı sənədli film” nominasiyasında “Oskar”a namizəddir.

Yazıçı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı (əsəri PDF formatda yüklə) əsasında ekranlaşdırılan “Əli və Nino” Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və XX əsrin əvvəlində Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgisindən bəhs edir.

104 dəqiqəlik ekran əsərində baş rollarda Adam Bakri (Əli) və Mariya Valverde (Nino) çəkilib.

Filmdə, həmçinin Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və digər məşhur aktyorlar iştirak ediblər.

Buna da bax...

XS
SM
MD
LG