Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:48

Gürcüstanın Batumi şəhərinin simalarından biri hesab edilən Əli və Nino abidəsi zədələnib.

Gürcüstan mediasının yazdığına görə iyun ayında bu ərazidə baş verən güclü daşqınlar abidənin özülünə də problem yaradıb.

Gürcüstan mediasının avqsutun 26-da yazdığına görə bugünlərdə şəhər rəhbərliyi təmir üçün abidənin yerini dəyişməyə çalışıb. Onu tərpədəndə isə ciddi zədə alıb.

Batumi meriyası seldən sonra bir neçə ay idi ki, abidənin yerləşdiyi ərazidə hərəkəti dayandırmış, abidənin bərpası üçün tender elan etmişdi. Yerli hakimiyyət orqanları bildirirlər ki, tenderin şərtlərinə görə təmir və bərpa işləri çıxa biləcək əlavə xərclərin hamısını tenderi udan şirkət ödəməlidir.

Məşhur Azərbaycan sevgi romanı olan "Əli və Nino" abidəsi uzun illərdir ki, Batuminin simasına çevrilmiş, Azərbaycandan olan turistlərin də sevimli gəzinti çməkanına çevrilmişdi.

Abidə əvvəl belə görünürdü

XS
SM
MD
LG