Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:12

-

Mayın 25-də Ali Məhkəmə AzadlıqRadiosunun əməkdaşı, araşdırmaçı-jurnalist Xədicə İsmayılın kassasiya şikayətinə baxır.

Jurnalistin şikayətinə Əli Seyfəliyevin sədrlik etdiyi hakimlər kollegiyası baxacaq.

Hazırda 4 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalist Ali Məhkəmədəki prosesdə özünün də iştirakının təmin olunması üçün üç məktub yazıb. Vəkillərinin dediyinə görə, bu məktubların heç birinə cavab verilməyib.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifədən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi də Bakı Ağır Cinayətlər Məhkəməsinin bu hökmünü qüvvədə saxlayıb. Apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilib.

Xədicə İsmayıl ittihamları rədd edir və jurnalist fəaliyyətinə, özəlliklə hökumətin korrupsiyası, prezident ailəsinin gizli biznesi barədə araşdırma yazılarına görə cəzalandırıldığını bildirir.

«Amnesty International» beynəlxalq insan haqları təşkilatı Xədicə İsmayılı «vicdan məhbusu» elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG