Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:49

Musiqili teatrda böyük yubiley...


►Dövlət Musiqili Teatrında tanınmış rejissor Əli Usubovun 80 illik yubileyi qeyd olunub.

Teatrın Mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, tədbirdə 80 yaşlı yubilyarın ünvanına xoş sözlər söylənib, ona yaradıcılıq uğurları arzulanıb.

Tədbirin sonunda Əli Usubovun quruluşunda Rauf Hacıyevin bu yaxınlarda premyerası anşlaqla keçən “Qafqazlı qardaşqızı” operettası nümayiş olunub.

Əli Teymur oğlu Usubov 1935-ci ildə Gəncədə doğulub.

Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsində, N.A. Rimski-Korsanov adına Leninqrad Dövlət Konservatoriyasında musiqili teatr rejissorluğu fakültəsində təhsil alıb.

Buna da bax: Yağışa görə küçədə gecələyirlər

Azərbaycan Dövlət Opera və Balet Teatrında quruluşçu-rejissor, baş rejissor, Respublika Sarayında baş rejissor, Azkonsertdə bədii rəhbər, Omsk Dövlət Musiqili Teatrında baş rejissor vəzifələrində çalışıb.

O, F.M. Dostoyevski adına Omsk Dövlət Universitetində dosent, professor kimi fəaliyyət göstərib.

Əli Usubov 50-yə yaxın opera və operettaya quruluş verib. C. Verdinin “Aida”, “Riqoletto”, “Traviata”, D. Puççininin “Toska” operaları, O. Flestmanın “Köhnə ev”, İ. Ştrausun “Yarasa” və başqa operettaları Əli Usubovun quruluşunda müxtəlif teatrların səhnələrini bəzəyib.

Bir çox dövlət tədbirlərinə də quruluş verən Əli Usubovun hazırladığı opera və operettalar Moskva Böyük Teatrı ilə yanaşı, Ukrayna, Türkmənistan, Gürcüstan, Qazaxıstan, Tacikstan, Özbəkistan və digər MDB ölkələrinin teatrlarında uğurla nümayiş olunub.

Buna da bax: Manata "üzməyi" öyrədəcəklər

Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının ilk quruluşunun 100 illiyi ilə əlaqədar TÜRKSOY-un sifarişi ilə bu əsərə rejissorluq edib. Ə. Usubovun quruluşunda “Arşın mal alan” beynəlxalq layihə çərçivəsində Paris, Strasburqla yanaşı, bir sıra MDB dövlətlərinin şəhərlərində də nümayiş olunub.

XS
SM
MD
LG