Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:33

Dərmana kim 900 manat qiymət qoyub?- Məhkəmə


İllüstrasiya
İllüstrasiya

►900 manatlıq dərmanın qiymətini kim müəyyənləşdirib?

"Alfa Med"in baş mühasibi işləmiş İrina Suyazova ifadəsində bildirib ki, "Grateziano" adlı dərmanın qiyməti Tarif Şurası tərəfindən təyin edilməyib.

Bu şirkətdə dərmanın satış qiyməti 850 manat olub

Hepatit xəstəliyindən müalicə dərmanını qiymətindən çox baha satmaqda ittiham olunan şəxslərin məhkəmə istintaqı başlanıb. Həmin ittihamla "Alfa Med" MMC-nin təsisçisi, Tibb Universitetinin Normal fiziologiya kafedrasının assistenti Əfqan Xudaverdiyev və cəmiyyətin satış üzrə meneceri İbadulla Hüseynov həbs olunub.

DƏYƏRİNDƏN BAHA SATILIB

Bakı Ağır Cinayətlər Məhkəməsində iyunun 7-də keçirilən iclasda prokuror ittiham aktını elan edib. İttihama görə, bu cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında başlanıb.

Cinayət işinin materiallarında "Alfa Med" MMC-nin satış üzrə meneceri İbadulla Hüseynov "Grateziano" adlı dərmanı dəyərindən dəfələrlə artıq qiymətə satmaqda təqsirləndirilir. İttiham aktında yazılıb ki, bu məsələ üzə çıxarılandan sonra şirkətin anbarına baxış keçirilib və külli miqdarda gömrük bəyannaməsi olmayan dərmanlar aşkar edilib; 48 adda müxtəlif dərman və tibbi ləvazimatlarının Tarif Şurasının müəyyən etdiyi qiymətlərdən baha satıldığı müəyyənləşdirilib.

____________________________________________________________

Bunlara da bax:
Əliyevlər devalvasiyadan milyonlar qazandılar (Araşdırma)
A.Merkel: “Ümid edirəm, alman fondları yenə Azərbaycanda işləyəcək”

____________________________________________________________

Hər iki şəxs Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 200.1-ci (istehlakçıları aldatma) maddələri ilə ittiham olunurlar.

Amma təqsirləndirilən şəxslərin heç biri ittihamı qəbul etmir.

Məhkəmə belə müəyyənləşdirib ki, əvvəlcə şahidlər dindirilsin, sonra təqsirləndirilən şəxslər ifadə versin.

SATIŞ QİYMƏTİ 850 MANAT OLUB

"Alfa Med"in baş mühasibi işləmiş İrina Suyazova ifadəsində bildirib ki, "Grateziano" adlı dərmanın qiyməti Tarif Şurası tərəfindən təyin edilməyib. Bu şirkətdə dərmanın satış qiyməti 850 manat olub. Qiyməti isə rəhbərlik təyin edib.

"Grand Hospital"ın həkimi Gülnarə Ağayeva da bu iş üzrə şahiddir. O bildirib ki, həmin dərman müalicəyə çox yaxşı təsir göstərdiyinə görə xəstələrə məsləhət görüblər.

Digər şahid həkim Faiq Məmmədzadə də bu dərmandan razıdır, deyir ki, onun Azərbaycana gətirilməsi müsbət addım idi: "Həmin dərmanın sertifikatı olduğundan xəstələrə məsləhət görürdük".

Şirkətin operatoru Nübar Hüseynova sözügedən dərmanın 700-900 manat arası satıldığını bildirib.

Məhkəmə prosesi iyunun 8-də davam edəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG