Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:26

►Yaralını əməliyyat edəcəklər

"Novosti-Qruziya" informasiya agentliyi xəbər verir ki, fevralın 26-da Tbilisidə qəbiristanlıqda odlu silahdan açılmış atəş nəticəsində yaralanmış müxalifətçi, 2012 - 2014-cü illərdə Gürcüstanın Avropa və Avroatlantika strukturlarına inteqrasiya naziri olmuş Aleksi Petriaşvili Tbilisidəki Respublika xəstəxanasında əməliyyat olunacaq.

Xəstəxanadan keçmiş nazirin vəziyyətinin stabil olduğunu deyiblər.

Atəş açanın kimliyi bilinmir.

Gürcüstanın Daxili İşlər Nazirliyi baş vermiş hadisə ilə bağlı CM-nin "sağlamlığa qəsdən ağır xəsarət yetirmə" maddəsi ilə cinayət işi açıb.

Petriaşvili "Azad demokratlar" partiyasının baş katibidir. Partiyanın sədri isə Gürcüstanın keçmiş müdafiə naziri İrakli Alasaniyadır.

Buna da bax...

Günün bütün mövzuları

XS
SM
MD
LG