Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:15

Gəncədə Qarabağ əlillərinin narazılığı


-

Bu videonu Azadlıq Radiosu”na Gəncə sakini, II qrup Qarabağ müharibəsi əlili Mahmud Abbasov çəkib yollayıb.

Deyir ki, 4 gün öncə - oktyabrın 24-də aksiya keçirməkdə məqsədləri aidiyyəti qurumların diqqətini yolun tənzimlənməsinə cəlb etməkdir.

Mahmud Abbasovun deməsinə görə, Gəncədəki “28 may” küçəsində biri 9, digər ikisi 4 mərtəbə olmaqla Qarabağ müharibəsi əlillərinə aid 3 bina yerləşir.

Qarabağ əlili deyir ki, həmin yer magistral küçə sayılır və orada avtomobillər yüksək sürətlə hərəkət edirlər: “Həmin küçədə piyadalar tez-tez vurulur. Bu yaxınlarda bir gəlini avtomobil vurdu. Sonra yenə bu yaxınlarda bizim əlillərdən birinin anasını maşın vurdu. Biz də etiraz olaraq toplaşdıq ki, bu yolda piyada hərəkətinə bir düzən versinlər. Ya işıqfor qoysunlar, ya yeraltı keçid inşa etsinlər ki, camaat buradan rahat keçə bilsin. Amma indiyə kimi hər hansı tədbir görülməyib, məsələ necə var, elə də durur”.

Qarabağ əlillərinin şikayətinə, hələlik, Gəncə şəhər İcra hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.

---

Səndə də maraqlı foto və video varsa AzadlıqRadiosunun Mobil Reportyor bölümünə göndər.

Çəkdiklərini MobilReportyor-a belə çatdır:

- Kompüterdən - Yükləmə səhifəsinə daxil olub oradakı qaydalara əməl etməklə foto və ya videolarını bizə göndər.

- WhatsApp nömrəmiz:

(+420) 778 711 700

Görüntüləri elektron poçtla bura göndər: AzadAvropa.AzadliqRadiosu@gmail.com

nömrəmiz (+420) 778 711 700

Çəkdiyiniz video və fotoları bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG