-
Bu videonu Tofiq Yaqublu adlı Facebook istifadəçisi öz hesabında paylaşıb. O qeyd edir ki, iyunun 29-da N.Tusi adına 1 saylı yataqxanada məskunlaşan sakinlər etiraz aksiyası keçiriblər. Onlar məskunlaşdıqları binanın qəzalı vəziyyətdə olduğunu, yaşamaq üçün təhlükəli olduğunu bildirirlər. Səslərinin eşidilmədiyinə etiraz olaraq, sakinlər "Dərnəgül" avtomobil yolunu bağlamağa cəhd ediblər.