Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:22

►Hüquqşünas Əkrəm Həsənov iddia edir ki, hakim işə obyektiv baxa bilməz

Hüquqşünas, iqtisadçı Əkrəm Həsənovu Nikoil Bank məhkəməyə verib. Bank iqtisadçının onun nüfuzuna xələl gətirdiyini bildirir. Ə.Həsənov iddia edir ki, işə baxan Yasamal rayon məhkəməsinin hakiminin həmin banka 50 min manat kredit borcu var...

– Necə oldu ki, Nikoil Bank sizi məhkəməyə verdi?

- Mən Facebookda bir status yazmışdım ki, hansı banklara əmanət qoymaq olar, hansı təhlükəlidir. Bu haqda məlumat vermişdim. Onu da yazmışdım ki, Rusiyaya mənsub olan banklar ən təhlükəlidir. VTB və Nikoil Bankı göstərmişdim. Rusiyada iqtisadi vəziyyətin çətin olduğunu bildirmişdim. Ona görə əmanətçilərin pullarınıın bata biləcəyini yazmışdım. Bir həftə sonra Nikoil Bankdan məktub aldım. Onlar bildirdilər ki, “biz Rusiya bankı deyilik”. Bundan sonra mən Facebookda status paylaşdım ki, “VTB Azərbaycanda Rusiyanın yeganə bankıdır, dediyinə görə, Nikoil Bank Rusiya bankı deyil. Buna görə də onu ən təhlükəli banklar siyahısına aid etmirəm”. Faktiki olaraq təkzib verdim. Ancaq ümuməm yazmışdım ki, bank təhükəlidir. Ona görə ki, qanunvericliyə uyğun olaraq bank ildə bir dəfə maliyyə hesabatı dərc etməlidir, amma Nikoil Bank bunu etmir. Üstündən bir neçə gün sonra bu bank məni məhkəməyə verdi. İddia ərizəsində də yazdı ki, guya mənim paylaşdığım məlumatı 15-dən artıq KİV yayıb, bunun nəticəsində xeyli əmanətçi bankdan əmanətini götürüb. Buna görə məndən təkzib və 35 min manat tələb edirlər.

Buna da bax: 1 milyon manat oğurlayana hökm oxundu

– Siz bugünkü (oktyabrın 12-də - red.) məhkəmə prosesində bildirmisiniz ki, hakim Zəfər Quliyev sizin qohumunuzdur. Bundan başqa Nikoil Bankdan 50 min manat məbləğində ipoteka krediti götürüb, həm də Nikoil Bankın sizə qarşı iddia qaldıran əməkdaşı onun dostudur. Buna görə də hakim işə obyektiv yanaşa bilməz...

- Bəli, mən qarşı tərəfə bildirdim ki, hakim mənim uzaq qohumumdur. Qarşı tərəf bundan narahat olmadı. Hakimin bu banka 50 min manat kredit ödəməli olduğunu, bankın məsul şəxslərindən olan Ayxan Rüstəmzadə ilə yaxın dost olduğunu da dedim. Bildirdim ki, belə vəziyyətdə hakim obyektiv ola bilməz. Dedim, bütün bunlar onu göstərir ki, Nikoil Bankda hakimin onun xeyrinə qərar çıxaracağına əminlik var. Hakim həm banka krediti olduğunu, həm də Ayxan Rüstəmzadə ilə yaxın dost olduğunu təsdiqlədi. Dedi ki, bunların olması onun obyektiv olmayacağı üçün göstərici deyil. Mən də dedim ki, “bu qədər təsadüf ola bilməz. Banka kreditin də var, dostun da ordadır, iş də necə olubsa gəlib sizə çıxıb”. Hakim onu da dedi ki, mən 2-3 aya krediti bağlayacağam. Sual yaranır ki, hakim əmək haqqı ilə bunu 2-3 aya necə bağlayacaq?

Buna da bax: "Belə gəncləri gərək hərbi xidmətə çağırmasınlar”

– Bəs məhkəmə nə qərar verdi, işə yenə həmin hakim baxacaq?

- Qanunvericiliyə görə, buna Yasamal rayon Məhkəməsinin sədri qərar verməlidir. Adətən belə etirazlara uzağı 3 günə münasibət bildirilir. Ancaq məhkəmə ayın 27-cən təxirə salındı. Məncə, səbəb budur ki, oktyabrın 26-da həmin hakimin 5 illik səlahiyyət müddəti bitir. Həmin tarixə qədər yenidən təyin olunmalıdır. Yəqin buna görə o vaxta qədər qalmaqalın olmağını, adının hallanmasını istəmir ki, birdən vəzifəyə təyin edilməsinə mane olar.

Günün bütün mövzuları

XS
SM
MD
LG