Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:48

Redaktor: Əyalət qəzetlərinə heç bir kömək yoxdur


Akif Soltanov
Akif Soltanov

►“500 qəzetin hamısı satılsa, 300 manat eləyir. Onun da hamısı satılmır.

50-60-nı istəyənlərə elə hədiyyə edirik. 240, 250 manat gəlirimiz olur. Onunla da növbəti ayın nömrəsini çıxarırıq"

Multimedianın, texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə qəzet çıxarmağın necə çətin olduğunu qəzetçilərdən yaxşı bilən yoxdur.

Əgər bu qəzet reklamsız yaşayırsa, maddi çətinliklər çəkirsə, müstəqilliyini zorla qoruyub saxlaya bilirsə, üstəlik bölgədə fəaliyyət göstərirsə, problemlər ikiqat çoxalır.

Belə qəzetlərdən biri, Şamaxıda çıxan “Şəffaflıq və paklıq” qəzetinin redaktoru Akif Soltanov ayda bir dəfə çap olunan qəzetlərinin necə ərsəyə gəlməsi haqqında AzadlıqRadiosuna danışır:

Akif Soltanov: “Özümüzə maaş ayırmaqdan söhbət gedə bilməz”
Gözlə

No media source currently available

0:00 0:04:18 0:00
Direct-ə keçid

– Oktyabrda qəzetin 5 yaşı olacaq. Lap əvvəl – 2011-ci ilin oktyabrın 29-da qəzet “Şəffaflıq” adıyla çıxırdı. 2013-ci ilin martına qədər bu ad altında fəaliyyət göstərdi. Sonra elə oldu ki, təsisçi ilə düz gəlmədik, baş redaktor kimi mənim işlərimə qarışdığına görə qəzeti özüm təsis elədim. 2013-ci ilin martından qəzet artıq “Şəffaflıq və paklıq” adıyla çıxmağa başladı. 41-ci nömrə iyulun 19-da çıxıb.

– Bölgədə qəzet çıxarmaq imkanları necədir, qəzet neçəyə başa gəlir, hansı maneələr var?

– Maliyyə imkanları məhduddur. Bu qəzeti öz zəhmətimizlə çıxarıb satırıq. Satışdan əldə etdiyimiz cüzi gəlir hesabına növbəti nömrəni çıxarırıq. Həm də qəzetiöz şəxsi imkanlarımızla yayırıq. Əsasən, Şamaxının sosial problemlərini işıqlandırırıq. Yeri gələndə, az -çox bu problemlərin həllinə nail oluruq. Şəraitimiz, maddi imkanlarımız aşağıdır. Ancaq müavinim Fəxrəddin Orxanla qəzeti saxlamaqdan ötrü əlimizdən gələni edirik.

Buna da bax: Əli Həsənov mətbuat azadlığından danışdı

– Bölgə qəzetlərinin əsas problemlərindən biri də dövriliyini qorumaqdır. Sizdə vəziyyət necədir?

– Doğrudur, durum ağırdır. Qəzet ayda bir dəfə, 500 ədədlə çıxır. Ancaq çalışırıq ki, qəzetimizi elə həmişə ayda bir dəfə çıxara bilək. Sonuncu nömrə iyulun 19-da çıxıb. Son sayımızda Şamaxıdakı Şəhidlər Xiyabanında itkin düşənlərin şəkillərinin yerinə qoyulmaması məsələsini qaldırmışıq. İcra hakimiyyətinə də müraciət etmişik. Şamaxının küçələrinin bərbad vəziyyətdə olması, büdcədən ayrılan vəsaitlərin hara xərclənməsi, niyə talan olunması haqqında məqalələr dərc etmişik. Təəssüf ki, icra hakimiyyətinə dəfələrlə mürciət etsək də, müraciətlərimiz öz həllini tapmayıb. Biz neçə-neçə adamın hüquqlarının tapdanması haqqında yazılarla çıxış edirik. Bəzən bu problemlərin həllinə nail oluruq, bu da böyük şeydir. Belə vəziyyətdə işləmək çətindir, ancaq lazımdır.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

– Qəzetin bir nömrəsi sizə neçəyə başa gəlir, xərclərinizi qarşılaya bilirsinizmi?

– Dizayn işləri, gedib Bakıda çap etdirib gətirmək, başqa xərclərlə birlikdə bir nömrə, təxminən, 200 manata başa gəlir. Qəzetin qiyməti əvvəl 50 qəpik idi. Devalvasiyadan sonra 60 qəpik oldu. 500 qəzetin hamısı satılsa, 300 manat eləyir. Onun da hamısı satılmır. 50-60-nı istəyənlərə elə hədiyyə edirik. 240, 250 manat gəlirimiz olur. Onunla da növbəti ayın nömrəsini çıxarırıq. Özümüzə maaş ayırmaqdan söhbət gedə bilməz. Məqsədimiz qəzeti yaşatmaq, dövriliyini pozmamaqdır.

– İyulun 21-də prezident bəzi mətbu orqanlara 1 milyon manat yardım ayırıb. Bölgə qəzetlərinə belə yardımlar göstərilirmi?

– Bölgə qəzetlərinin yardıma çox ehtiyacı var. Əyalət qəzetlərinə heç bir kömək yoxdur. Heç kimdən asılı olmamaq üçün abunə işinə başlamırıq. Abunə olsa, icra hakimiyyətinin qəzeti kimi fəaliyyət göstərərik, müstəqilliyimiz itər. “Onu yazma, bunu yazma” bizə görə deyil. İş adamları, sahibkarlar kömək eləyə bilərlər. Ancaq onlar da müstəqilliyimizdən çəkinirlər. Biz bu qəzeti könüllü çıxarırıq. Özüm Şamaxı Astrofizika Rəsədxanasında işləyirəm. Qəzetçiliklə gəlir götürmək üçün məşğul olmuruq. Deyərdim, bir hobbi kimidir. Qəzet vasitəsilə kiminsə pozulan hüquqlarına yardım edəndə, özümü xoşbəxt hiss eləyirəm.

– Əyalət qəzetinin ən böyük arzusu nədir?

– Arzumuz var ki, ayda bir dəfə yox, daha çox çıxaq. Tirajını 1000-ə qaldırıb, heç olmasa, ayda iki dəfə çıxaraq. Amma vəziyyət get-gedə ağırlaşır. Əvvəllər buna ümid edirdik, indi yox. Şamaxı ziyalıları bizə deyir ki, “burda ayda bir dəfə müstəqil qəzet çıxarmaq özü qəhrəmanlıqdır”. Elə ona görə çalışırıq ki, bu çətin şəraitdə, ayda bir dəfə də olsa, bu qəzeti ərsəyə gətirək.

Buna da bax: 'Bizə reklam verilməsini qadağan ediblər'

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG