Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:10

Çovdarovun zərərçəkmişi təkcə zərər çəkməyib...


Milyoner şair Gülağa Tənha

Milyoner şair Gülağa Tənha

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN-in) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş, həbsdəki general-mayor Akif Çovdarovun işində adı zərərçəkmiş kimi keçən İlham Qasımovun özü noyabrın 30-da məhkum edilib.

O, "REAL" Mənzil-Tikinti Kooperativinin rəhbəri çalışmış işadamıdır. İlham Qasımov Rusiyada yaşayan azərbaycanlı milyonçu, "Tənha" ləqəbi ilə tanınan şair Gülağa Qəmbərovun 19 milyon 500 min dollarını birgə biznes adı ilə alıb mənimsəməkdə, eləcə də inşa etdirdiyi binada eyni mənzili bir neçə nəfərə satmaqda suçlu bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsi ona 15 il həbs cəzası kəsib.

Buna da bax:​ MTN işi: ''Moda' mağazasına səhər saatlarında iki nəfər gəldi...'

İlham Qasımova Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

İşadamı məhkəmədə ifadə verərkən, kimsənin pulunu qəsdən mənimsəmədiyini söyləmişdi.

Buna da bax: Rusiyalı milyonçu şairi Azərbaycanda kimlər aldadıb?

İlham Qasımov MTN generallarının işi üzrə istintaqda da dindirilib, amma hələ məhkəməyə çağrılmayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG