Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 07:11

-

170 minlik qalmaqalda ittiham edilən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş Aparat rəhbəri Səfər İmanovun “İnterpol” xətti ilə beynəlxalq axtarışa verildiyi bildirilir.

Bu haqda işdə zərərçəkən Eynur Kərimovun vəkili Kamandar Nəsibov "Report"a məlumat verib.

Eynur Kərimov S.İmanovun icra başçısının müavini vəzifəsinə düzəltmək adı ilə ondan 170 min ABŞ dollar aldığını iddia edir.

S. İmanovun mülklərini satıb Bakı-İstanbul reysi ilə ölkəni tərk etdiyi bildirilir. E. Kərimovun vəkil mətbuata açıqlamasında rüşvət qalmaqalında komitə sədri H. Hüseynovanın da adını hallandırmışdı.

Ancaq komitə sədri bir müddət öncə rüşvətlə bağlı iddiaları yalanlamışdı. Hicran Hüseynova deyirdi ki, bu məsələdə adının hallanması, ona böhtan atmaqdır.

Dələduzluqda ittiham olunan S. İmanov və ya onun yaxınları qalmaqalla bağlı, hələlik, heç bir açıqlama verməyiblər.

Buna da bax: Hicran Hüseynova dindirilmədi

XS
SM
MD
LG