Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:46

'Miss Qırğızıstan' hicab taxmağa qərar verdi


Aikol Alikzhanova
Aikol Alikzhanova

2014-cü ildə «Miss Qırğızıstan» titulunu qazanmış 25 yaşlı Aikol Alikzhanova sosial mediada özünün hicablı şəkillərini paylaşıb.

Bu barədə «The Daily Mail» qəzeti yazır.

Əvvəllər gözəl, uzun saçları ilə tanınan gənc model bu yaxınlarda özünün «Instagram» səhifəsində hicablı şəklini paylaşıb və 211 min izləyicisinə belə bir mesaj verib: «Bəli, mən qapanmaq qərarına gəldim və bu mənim seçimimdir. Bu qərara görə çox xoşbəxtəm! Gəlin bir-birimizə qarşı mərhəmətli olaq və hörmətin nə olduğunu öyrənək», - deyə model yazıb.

«HİCAB GEYMƏK ASAN DEYİL»

Keçmiş gözəllik ilahəsinin həyat tərzini dəyişmək qərarı internetdə müzakirələrə səbəb olub.

Bir çoxları onun bu qərarının səmimiyyətinə şübhə etdiklərini yazırlar.

Digərləri isə gənc modelin dini inancına hörmətlə yanaşdıqlarını, ancaq onun hicab geymək qərarını anlamadıqlarını yazırlar. «Bu vacib deyildi. Bu bizim millətimizə xas deyil», – bir postda deyilir.

Çox sayda mənfi rəylərə baxmayaraq, Aikol-u dəstəkləyənlər də az olmayıb. «Səni tamamilə dəstəkləyirəm. Bu, çox qətiyyətli və cəsarətli hərəkətdir. Hər şeyi atıb hicab geymək asan deyil», - deyə bir izləyici yazıb.

AKTRİSA OLMAQ İSTƏYİR

Aikol yeni görkəmində özünü rahat hiss etdiyini deyir və onu tənqid edənlərin, sadəcə, dini anlamadığını düşünür.

«Xoşbəxtəm, ailəm məni dəstəkləyir. Bu qədər dəstək alacağımı, 24 saat içərisində 10 min «like» yığacağımı gözləmirdim. Şərhlərin çoxu məni dəstəkləyənlərə aiddir», – o deyib.

Aikol söyləyib ki, o, hələ də kino aktrisası olmaq iddiasında qalır, ancaq yalnız hicab geyilə biləcək rolları nəzərdən keçirəcək.

Onun sözlərinə görə, əgər bu baş tutmasa, özünü xeyriyyə işlərinə və özü kimi qapanmağı seçən müsəlman qızlar üçün dəbli geyimlər hazırlamağa həsr edəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG