Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:44

Türkiyədə yazıçı Aziz Nesinin oğlunu da həbs etdilər


Ahmet Nesin
Ahmet Nesin

Sərhədsiz Reportyorlar təşkilatının Türkiyə nümayəndəsi Erol Önderoğlu, jurnalist Ahmet Nesin və araşdırmaçı Şebnem Korur Fincancı barədə "terror təbliğatı" ittihamı irəli sürülüb

Türkiyədə iki jurnalist və bir alim “terrorçu təbliğat” ittihamı ilə həbs edilib.

Bunlar Sərhədsiz Reportyorlar (Reporters Without Borders- RSF) təşkilatının Türkiyə nümayəndəsi Erol Önderoğlu, jurnalist Ahmet Nesin və araşdırmaçı Şebnem Korur Fincancıdır.

RSF həbsləri Türkiyə üçün “inanılmaz rəzalət” adlandırıb.

Qərb mediası yazır ki, bu həbslər Avropa İttifaqının Türkiyə üzərinə mətbuat azadlığına görə təzyiqlərinin artdığı vaxta təsadüf edir.

Sözü gedən üç nəfər Türkiyədə kürdyönlü “Özgür Gündem” qəzetinin müdafiə kampaniyasına qoşulduqlarına görə həbs ediliblər.

“Növbətçi redaktor” adlanan bu kampaniyaya qoşulan ümumilikdə 44 jurnalistdən 37-si prokurorluğa ifadə verib.

Daha bir qaranlıq gün

"Bu, Türkiyədə media azadlığı üçün daha bir qaranlıq gündür” - deyib RSF-nin Avropa və Mərkəzi Asiya masasının direktoru Johann Bihr.

Azərbaycanda yaxşı tanınan iki yazıçı Yaşar Kemal və Aziz Nesin, 1995-ci il
Azərbaycanda yaxşı tanınan iki yazıçı Yaşar Kemal və Aziz Nesin, 1995-ci il

Bihr bildirib ki, cənab Önderoğlu Türkiyənin cənub-şərqində gedən döyüşlər və təhlükəsizlik qüvvələrinin öz arasında baş verən toqquşmalar barədə yazdığı üç məqaləyə görə həbs olunub.

Jurnalist və araşdırmaçı Şəbnəm Korur Fincancı Türkiyə İnsan Haqları Fondunun rəhbəridir.

Məşhur jurnalist və yazıçı Ahmet Nesin Azərbaycanda hələ sovet zəmanəsində tanınan və sevilən yazıçı Aziz Nesinin oğludur.

Türkiyə mediası yazır ki, qolları məhkəmə zalında qandallanan Ahmet Nesin hakimlərə, "Xocam, mən buraya hazırlıqlı gəlmişəm. Həbs oluna biləcəyimi bildiyimdən bütün işlərimi yoluna qoyub gəlmişəm” – deyib.

Türkiyədə parlament seçkilərindən əvvəl Ahmet Nesinin kürdyönlü HDP-dən namizəd veriləcəyi barədə xəbərlər yayılsa da, sonradan onun namizədliyi irəli sürülməmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG