Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:58

Ağ Ev Texasda nahaq şübhə ilə həbs olunmuş yeniyetməni gələn ay keçiriləcək “Astronomlar gecəsinə” dəvət edib

Evdə özünün düzəltdiyi saatı mühəndislik müəlliminə göstərmək üçün məktəbə aparan 14 yaşlı Əhməd Məhəmməd saatın bomba ola biləcəyi barədə şübhələrlə əlaqədar Texasda polis tərəfindən qandallanaraq həbs olunmuşdu.

Amerika-İslam Əlaqələri Şurası bu hadisəyə etirazını bildirərək bəyan etmişdi ki, yeniyetmənin başına gələnlər ABŞ-ın bəzi dairələrində müsəlmanlara qarşı xürafat və şübhənin geniş yayıldığını nümayiş etdirib.

Atası əslən sudanlı olan gözü eynəkli 9-cu sinif şagirdi Əhməd Məhəmməd MacArthur Ali Məktəbindən əliqqandallı aparılanda əynində NASA-nın emblemi olan mayka vardı.

Artıq dünəndən bəri o internet sensasiyasına çevrilib.

Obama: Əla saatdır, Əhməd!

Ona kim-kim, Amerika Birləşmiş Ştatlarının prezidenti Barack Obama Tvitterdən yazıb: “Əla saatdır, Əhməd. Onu Ağ Evə gətirmək istəyirsənmi? Biz sənin kimi daha çox uşağı elmə həvəsləndirməliyik. Amerikanı böyük edən budur” – yazıb prezident.

Beləliklə, 14 yaşlı yeniyetmə gələn ay Ağ Evdə məşhur NASA astronomlarının və uşaqların iştirakilə keçiriləcək müsamirəyə dəvət olunub.

Ağ Evin sözçüsü Josh Ernest deyib ki, “Əhmədin müəllimlərindən bəziləri yaxşı iş görməyiblər”.

Məsələ burasındadır ki, Əhməd saat mexanizmini mühəndislik müəlliminə göstərəndə, o əl işini bəyənmiş, amma saatı başqa müəllimlərə göstərməməyi tapşırmışdı.

Amma Əhməd neyləsin ki, saat dərslərin birində onun çantasında zəng çalıb.

Facebook-u düzəldən Facebook-da yazıb

Lakin Əhmədi görüşə dəvət edən yeganə məşhur prezident olmayıb. Ona Facebook-un sahibi Mark Zuckerberg də post göndərərk görüşməyi təklif edib.

Nə isə düzəltmək bacarığı və ambisiyası həbs yox, alqışlarla nəticələnməlidir. Gələcək Əhməd kimi adamlarındır

“Nə isə düzəltmək bacarığı və ambisiyası həbs yox, alqışlarla nəticələnməlidir. Gələcək Əhməd kimi adamlarındır” – yazıb Facebook-un yaradıcısı.

Bu hadisə sosial medianın hitinə çevrilib və Birləşmiş Ştatlarda 600 min tvitə səbəb olub.

Bu da deyilməlidir ki, polis Əhməd Məhəmmədi çox saxlamayıb. Ata-anası məntəqəyə gələn kimi onu buraxıblar. Hərçənd “istedadlı” barmaqlarının izlərini götürəndən sonra.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG