Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:23

Əhmədinejad yenidən prezident olmaq istəyir


İran - Mahmoud Ahmadinejad Malard şəhərində, 14 iyul, 2016

İran - Mahmoud Ahmadinejad Malard şəhərində, 14 iyul, 2016

-

Keçmiş İran prezidenti Mahmud Əhmədinejad yenidən prezidentliyə namizədliyini irəli sermək istəyir.

8 ay sonra keçiriləcək seçkilərdə namizədliyini rəsmən elan edərsə və namizədliyi təsdiqlənərsə, o, indiki prezident Həsən Ruhaniyə ciddi rəqib ola bilər.

2005-2013-cü illərdə prezident olmuş Əhmədinejad sadə həyat tərzi sürdüyü üçün kasıb təbəqə arasında ona simpatiya var. Xüsusən də regionlarda.

Əhmədinejad prezident olarkən kasıblara böyük yardım proqramları həyata keçirib.

Hələ bu ilin aprelində o, siyasətə qayıdışı ilə bağlı "mesaj vermişdi", prezident Ruhanini sərt tənqid etmiş, onun prezidentlik kürsüsünə layiq olmadığını demişdi.

Amma son məlumatlara görə, ali dini lideri Xameneyi Əhmədinejadın yenidən prezidentliyə namizədliyini irəli sürməsinə qarşı çıxır. Yerli mətbuatın yazdığına görə, hətta bunu şəxsən onun özünə də deyib.

Əhmədinejad azərbaycanlıların kompakt yaşadığı Ərdəbil vilayətinin də qubaernatoru olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG