Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:14

Ağsu xəstəxanasına işıq verildi


Ağsu rayon Mərkəzi Xəstəxanası
Ağsu rayon Mərkəzi Xəstəxanası

Ağsu xəstəxanasına elektrik enerjisinin verilməsi bərpa edilib.

Bunu AzadlıqRadiosuna Ağsu rayon Mərkəzi Xəstəxanasının uşaq şöbəsindən bildiriblər. Şöbənin həkimi qeyd edib ki, artıq lift də, havalandırma sistemi də qaydasında işləyir.

Bu gün, noyabrın 7-dən etibarən Ağsu rayon Mərkəzi Xəstəxanasına elektrik enerjisinin verilməsini Səhiyyə Nazirliyindən də təsdiq ediblər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən deyiblər ki, xəstəxana daha böyük və yeni binaya köçürülüb. Əvvəllər kiçik binanın işıq sərfiyyatı böyük bina qədər çox olmayıb: «Əvvəllər bunlar nəzərdə tutulmayıb və işıqların kəsilməsi bu səbəbdən olub. Artıq xəstəxana tam olaraq elektrik enerjisi ilə təmin olunub və orada generatorlar işləmir»..

İCRA HAKİMİYYƏTİNDƏ TOPLANTI

Ağsu rayon Mərkəzi Xəstəxanasına yaxın saatlarda elektrik enerjisinin verilməsi bərpa edilə bilər.

Bu barədə Ağsu rayon İcra Hakimiyyətindən bildiriblər. Başçının köməkçisi deyib ki, bu məsələ ilə bağlı səhər saatlarında icra hakimiyyətində toplantı olub: «Bir neçə saata problem yoluna qoyulacaq».

«Azərişıq» İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən isə deyiblər ki, məsələ ilə bağlı yaxın saatlarda açıqlama veriləcək.

BAŞ HƏKİM: «4 GÜNDÜR XƏSTƏXANAYA İŞIQ VERİLMİR»

Ağsu rayon Mərkəzi Xəstəxanasına elektrik enerjisinin verilməsi bərpa olunmayıb.

Bu barədə «Report»a xəstəxananın baş həkimi Şəhrəbanu Məlikova məlumat verib.

Baş həkim bildirib ki, xəstəxanada vəziyyət dəyişməyib: «Dörd gündür xəstəxanaya elektrik enerjisi generatorla verilir».

Baş həkim vurğulayıb ki, gələn ilin dövlət büdcəsində xəstəxanaya işıqpulu nəzərdə tutulub: «Bizə, sadəcə, noyabr və dekabr ayında kömək etmək lazımdır ki, işıq yansın. İl dəyişən kimi biz köhnə borcları da, növbəti ilə olan işıq pulunu da ödəyəcəyik».

Ş.Məlikova qeyd edib ki, «Azərişıq» ASC-yə noyabr ayına qədər işıqpulu ödənilib: «Quruma 31 min 920 manat pul ödənilib. Onun 31 min manatı dövlət büdcəsi, 920 manatı şəxsi, yəni özümüz tərəfindən ödənilib. Oktyabrda 400, noyabrda 520 manat pul ödəmişik».

Baş həkim bildirib ki, artıq dördüncü gündür xəstəxananın işığı yanmır: «Xəstələri nəzarətdə saxlayırıq ki, ağırlaşma olmasın. Amma ağırlaşma və ölüm olsa, cavabdeh kim olacaq, bilmirəm. Bizə hələ ki, heç bir rəsmi qurum cavab verməyib».

Bəzi yerli saytların yaydığı məlumata görə, «Azərişıq» İstehsalat Birliyindən xəstəxanaya verilən elektrik enerjisinin kəsilməsi yaranan borcla izah edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG