Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 22:45

►“Ağsu və Kürdəmir polisi şikayətimə baxmır”

“Bakıdan qayıtmışam ki, evimi yağmalayıblar, dörd divardan başqa heç nə qalmayıb. Ağsu polisinə müraciət etdim, baxmadı. Özüm axtarıb əşyaların yerini tapdım. Evimin əşyaları keçmiş həyat yoldaşımın Kürdəmirdə yaşayan qohumunun evindən tapıldı. Getdim Kürdəmir polisinə məlumat verdim. Əvvəl həvəslə araşdırmağa başladılar, ancaq Ağsu polisinin tapşırığından sonra bunlar da işin dərinliyinə getmədilər”.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Ağsu rayonunun Muradlı kəndinin sakini Eyyub Əkbərov danışır.

Onun sözlərinə görə, son illər ailə problemləri yaşayıb. Hətta ailə münaqişələrinə görə, inzibati həbsdə də qalıb. Ailə üzvləri ilə dolana bilmədiyindən Bakıya üz tutub. Bir müddət əvvəl kəndə qayıdanda mal-qarasını yerində tapmayıb. Bu dəfə isə pal-paltarınadək hər şeyi “yoxa çıxıb”:

“Bakıda bazarlardan birində araba ilə yük daşıyıram. Keçən dəfə kəndə qayıdanda gördüm ki, 175 baş heyvanım satılıb. Polisə müraciət etdim, o iş elə qaldı. İkicə inəyim qalmışdı, bu dəfə qayıdanda o inəkləri də tapmadım. Evdə su içməyə bircə stəkan da qalmayıb. Ailə üzvlərim hər şeyi yığışdırıb aparıb yığıblar Kürdəmirdəki qohumlarının evinə, özləri də Gürcüstana köçüblər. Polis isə şikayətimə baxmır”.

HİMAYƏÇİLİK?

İndi “bir həsir, bir Məmmədnəsir” qaldığını deyən Eyyub Əkbərov polisin hərəkətsizliyindən baş prokurorluğa müraciət edib. O, iddia edir ki, ailəsi vəzifəli bir şəxs tərəfindən himayə olunduğuna görə şikayəti elə polis şöbəsindəcə qapadılır.

Ağsu rayon polis şöbəsindən “Qaynar xətt”ə bildirilib ki, Eyyub Əkbərov ötən il keçmiş həyat yoldaşını döydüyü üçün barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanıb və məhkəmə onun hərəkətlərinə hüquqi qiymət verib. Onun ərizəsi əsasında araşdırmaya gəlincə, polis bildirir ki, əgər mal-qarasının satılması ilə bağlı iddiası varsa, buna görə məhkəməyə müraciət etməlidir. Çünki mal-qara keçmiş ər-arvadın ümumi mülkiyyətində olub.

“BƏRABƏR BÖLÜNMƏLİDİR”

Kürdəmir polisi isə məsələyə belə münasibət bildirib: “Aşkar olunan əşyalar həmin ünvana əşyaların sahibi tərəfindən daşınıb. Həmin əşyaların arasında Eyyub Əkbərova məxsus heç nə olmadığından məsələ qapadılıb”.

Hüquqşünas Vaqif Alıyev deyir, ərlə arvad münasibətinə rəsmi son qoyulursa, birgə yaşadıqları dövrdə əldə olunan əşyalar tərəflər əsasında bərabər bölünməlidir:

“Əgər bölgüdə mübahisə varsa, bu zaman narazı tərəf məhkəməyə müraciət edə bilər”.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG