Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:49

Ağstafada prokurorluqdan narazılıq


Ağstafada muəmmalı qətl aksiyaya səbəb oldu
Gözlə

No media source currently available

0:00 0:04:16 0:00

Ağstafada muəmmalı qətl aksiyaya səbəb oldu

«Noyabrın 19-u bir qrup insan Ağstafa rayon prokurorunun istefasını tələb etdi. Onlar prokurorluğun önündə aksiya keçirdilər».

Bunu AzadlıqRadiosuna rayon sakini Tapdıq Hacıyev bildirib.

Onun deməsinə görə, aksiyaya səbəb rayon prokurorluğunun cinayət işlərinə düzgün baxmamasıdır: «Rayonda bəzi şəxslər var, bunlar kimi istəsələr vururlar, şikəst edirlər, xəsarətlər yetirirlər, buna baxmayaraq azadlıqda da qalırlar. Bu il noyabrın 13-də qardaşım Tural Hacıyevi qətlə yetiriblər, yeddisi dünən çıxıb. Camaat da hesab edir ki, əgər əvvəllər cinayətkarlar vaxtında və düzgün mühakimə edilsəydilər, heç belə hadisələr təkrarlanmazdı».

T.Hacıyevin bildirməsinə görə, hazırda qardaşının qətli ilə bağlı istintaq gedir: «Bu il noyabrın 13-ü gecə qardaşımı qətlə yetiriblər, özü də 45 manat pula görə. Bundan 4 ay öncə isə qardaşımın maşınını da əzmişdilər».

Ağstafa Rayon Prokurorluğundan isə bildiriblər ki, Tural Hacıyevin qətli ilə bağlı iki şəxs saxlanıb. Daha bir şəxsin saxlanması ilə bağlı əməliyyat-axtarış tədbirləri davam edir. Prokurorluqdan bildirildiyinə görə, mərhumun anasını və yaxınlarını qəbul ediblər. Onlara bu işdə əli olan bütün şəxslərin cəzalandırılacağına söz verilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG