Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:55

Yerevanda müxalifət fəalı döyülüb


Harutyun Aglamazyan
Harutyun Aglamazyan

Ermənistanda müxalifətdə olan “Təsis parlamenti” nin üzvü Arutyun Aglamazyan amansızcasına döyülüb.

O, son günlər Yerevanın mərkəzindəki “Azadlıq meydanı”nda keçirilən mitinqlərə rəhbərlik edib.

Hərəkatın məlumatına görə, dünən axşam onu şahid kimi iş yerindən xüsusi istintaq komitəsinə aparıblar, bir neçə saat ifadə verdikdən sonra buraxıblar.

Amma o, istintaq komitəsindən çıxdıqdan sonra evə gedərkən yolda ona hücum edilib, evinin qarşısında döyülüb.

AzadlıqRadiosu erməni xidmətinin məlumatına görə isə bu ərəfədə saxlanan 25 fəal sərbəst buraxılıb, amma barələrində inzibati xəta haqqında protokol tərtib edilib.

Qeyd edək ki, “Sasna Tsrer” qrupunun bir sıra silahlı üzvləri iyulun 17-də Yerevandakı polis binasını zəbt etmişdilər.

Onlar prezident Serzh Sarkisianın istefası və müxalifətdə olan “Təsis parlamenti” hərəkatının lideri Jirayr Sefilyanın azad olunmasını tələb edirlər.

Bu qarşıdurmada 2 polis əməkdaşı ölüb, 3-ü isə yaralanıb.

Silahlı dəstənin binada qalan 20 üzvü iyulun 31-də könüllü təslim olub.

Həmin günədək binanın ətrafında onlara dəstək aksiyaları keçirilirdi.

Polislə toqquşmalarda 50-dən çox adam xəsarət alıb,100-dən çox adam saxlanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG