Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:27

«Ağıllı» yastıq yaxşı yatmağa kömək edəcək


ZEEQ
ZEEQ

Yuxunun dərinlik dərəcəsini izləyən «ağıllı» yastıq hazırlanıb.

Smartfon, «ağıllı» saat və qolbaqlarda da bənzər funksiya var, ancaq yatarkən telefonun yanında olmağı zərərlidir. taxılan cihazlar da yatarkən, adama rahatsızlıq gətirə bilər.

«ZEEQ» adlanan smart-yastıq istifadəçini hər gün necə yatdığından xəbərdar edəcək. Bu yastıq görünüş və yumşaqlığı baxımından adi yastıqdan fərqlənmir.

İçərisindəki ötürücülərdən yararlanan yastıq hər gecə yuxunun keyfiyyətini ölçür, istifadəçiyə nə qədər «dərin yuxu»da olduğu barədə gündəlik bilgi verir. Bu yastıq daha yaxşı yatmağın yollarını da bildirir.

İSTİFADƏÇİ XORULDAMAĞA BAŞLAYINCA...

Yatmazdan öncə musiqi dinləyənlər də yaddan çıxmayıb. Qurğu həzin musiqi səsləndirib öz sahibini yuxuya verməyi də bacarır.

Yastığın yaradıcıları xoruldayan insanları da düşünüb. İstifadəçi xoruldamağa başlayınca, yastıq titrəyir və onu səmtini dəyişməyə məcbur edir.

Səhər-səhər zəngli saat özəlliyi ilə yastıq sahibini ən uyğun vaxtda oyada bilən «ağıllı» yastıq istifadəçinin günboyu özünü yuxulu hiss etməsini önləyir.

«ZEEQ» iOS və Android platformalı cihazlarda dəstəklənən mobil proqramla çalışır.

Layihəni gerçəkləşdirməyə artıq 50 min dollardan çox ianə toplanıb. Yastığı 129 dollara sifariş vermək olar.

XS
SM
MD
LG