Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:37

Diş fırçaları da «ağıllanır»


Yeni məhsul smartfon kamerası və mobil əlavəylə çalışır.
Yeni məhsul smartfon kamerası və mobil əlavəylə çalışır.

-

Barselonada keçirilən «MWC 2016» sərgisində məşhur şirkətlərdən biri «ağıllı» diş fırçasını tanıdıb.

Yeni məhsul smartfon kamerası və mobil əlavəylə çalışır. Fırçanın dişlərin sağlamlığını izləməyə imkan verən sensorları var. Bu sensorlar dişin təmizlənməmiş hissəsi barədə xəbərdarlıq edir.

«Ağıllı» fırça mobil proqramla istifadəçiyə təmizləmənin sürəkliliyi, təmizləmə zamanı göstərilən təzyiqə dair də məlumat verir. Diş ətinin vaxtından əvvəl sürtülüb yeyilməməsi üçün təzyiq ötürücüsü quraşdırılıb. Ötürücü başlığın fırlanma sürətini zəiflədir.

Xüsusi vaxt ölçüsüylə ağız boşluğunun hər bir hissəsinin təmizliyinə, ən azı, yarım dəqiqə ayrılır. İstehsalçıların dediyinə görə, bir dəfə enerji yığandan sonra fırçanı iki həftə işlətmək olar.

Cihazın 12 rəngi birləşdirən işıqlandırma sistemi var. İstifadəçi istəyinə uyğun rəngi seçə bilər.

Fırça dəstinə smartfonun güzgüdə fiksasiyası üçün bərkidici, eləcə də qurğunun enerji yığmasından ötrü futlyar daxildir.

Bu ilin sonunda «ağıllı» fırçanın satışa çıxarılacağı bildirilir.

XS
SM
MD
LG