Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:38

Jurnalist Aqil Xəlil Avropa Məhkəməsində uddu


Aqil Xəlil
Aqil Xəlil

Avropa Məhkəməsi jurnalist Aqil Xəlilin işi üzrə qərar qəbul edib.

Qərara əsasən Azərbaycan hökuməti jurnalistə 28 min avro təzminat ödəməlidir.

Bu barədə AzadlıqRadiosuna vəkil Rəşid Hacılı məlumat verib.

Vəkil bildirir ki, Azərbaycan Hökuməti Aqil Xəlilə qarşı bütün hüquq pozuntularını etiraf edib, bunlarla bağlı araşdırma aparacağını və 28 min manat kompensasiya ödəniləcəyini vəd eləyib.

Qeyd edək ki, Azərbaycan hökuməti proses vaxtı Aqil Xəlilin işi ilə bağlı məhkəmənin 15 sualını cavablandırıb.

Hökuməti tənqid edən yazıları ilə tanınan Aqil Xəlil 2008-ci ilin fevralında Bakıdakı Zeytun bağlarında ağacların kəsilməsini lentə alarkənMilli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli işçiləri tərəfindən hücuma məruz qalıb.

Nəticədə jurnalist döyülüb, üz, əl, sinə, baş nahiyəsindən xəsarətlər alıb və barmağı sındırılıb.

Bundan başqa jurnalist dəfələrlə hədələnib və ölkədən çıxmasına qanunsuz əngəllər yaradılıb.

Aqil Xəlilin hüquqlarını Media Hüququ İnstitutunun vəkilləri Rəşid Hacılı və Elçin Sadıqov müdafiə edirlər. Vəkillərin AİHM-ə şikayətlərində qeyd olunur ki, ölkə məhkəmələri jurnalistin şikayətləri üzrə qərarlar verərkən onun Avropa Konvensiyasında təsbit olunmuş yaşamaq, işgəncələrin qadağan olunması, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, şəxsi həyata hörmət , ifadə azadlığı, səmərəli hüquqi müdafiə vasitələri vəhərəkət etmək azadlığı hüquqlarını pozublar.

“Azadlıq” qəzetinin keçmiş əməkdaşı Aqil Xəlil hazırda Fransada mühacirətdə yaşayır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG