Keçid linkləri

2024, 21 May, çərşənbə axşamı, Bakı vaxtı 02:05

"Şou yaradırlar ki, qiymətlər düşüb"


►"Çayın yarım kilosunu 4 manata alırdıq, indi 11 manat 80 qəpik olub. Arta-arta da gedir. Televiziyada deyilənlər doğru deyil”

Yanvarin 12-də və 13-də etiraz səslərinin eşidildiyi Ağcabədidə indi sakitlikdir.

Rayon sakinlərinin AzadlıqRadiosuna verdiyi məlumata görə, yanvarın 14-də burda hər hansı aksiya keçirilməyib.

“TƏŞKİLATÇI OLMAYIB”

Müsavat Partiyası rayon təşkilatının sədri Rəşid Nəcəfli deyir ki, rəsmi qurumlar təşkilatçı axtarırlar:

“Amma təşkilatçı olmayıb. Təşkilatçı axtarmaq bəhanədir. Camaat özü ayağa durmuşdu. İndi də hamı gərgindir, hamı qiymətlərdən narazıdır, hamı dəyişiklik gözləyir”.

“RAYONDA QİYMƏTLƏR DÜŞMƏYİB”

Adının çəkilməsini istəməyən başqa bir sakinin sözlərinə görə, rəsmi təbliğatda qiymətlərin ucuzlaşması haqqında deyilənlər yalandır:

“Nə un, nə yağ ucuzlaşıb, hər şeyin qiyməti bahadır. “Azərçay”ın yarım kilosunu 4 manata alırdıq, indi 11 manat 80 qəpik olub. Arta-arta da gedir. Televiziyada deyilənlər doğru deyil. Mən özüm qiymətləri öyrənmək üçün 6 km yol gəzmişəm. Un yenə bahadır. Dostum oğluna 56 manata iki tay un aldırıb, tayı 28 manata düşüb. Amma deyirlər ki, 21 manatdır. Şou yaradırlar ki, qiymət düşüb. 1 tay un 10 manat bahalanıb. 70-ə yaxın yaşım var, mən hələ unun birdən-birə 10 manat bahalanmasını görməmişdim”.

Buna da bax: Azərbaycanın qonşuluğunda donuz qripindən 10 nəfər ölüb

BAŞ MƏSLƏHƏTÇİ: “MƏN MAĞAZAYA GİRMİRƏM”

Rayon icra hakimiyyətindən ümumi şöbənin məsləhətçisi Jalə Məlikova deyir ki, rayonda heç bir problem yoxdur, hər şey axarında davam edir:

“Qiymətlər düşür, əvvəl qalxmışdı, artıq düşüb, qaydasındadır”.

AzadlıqRadiosunun “Qiymətlər nə qədər düşüb” sualına o, belə cavab verib:

“Məlumatım yoxdur. Mağazaya girmirəm. Amma aşağı salınır. Tək bizdə yox, bütün respublika üzrə qiymətlər endirilirr”.

Buna da bax: «Məni yeznəm Emin Milliyə görə həbs ediblər»

GÖZLƏRİN DİKİLDİYİ İCLAS

Rayonda məskunlaşan məcburi köçkünlər ümidlərini yanvarın 15-də keçiriləcək görüşə bağlayıblar. Yanvarın 15-də Şuşa, Ağdam, Xocavənd və Ağcabədi rayonlarının icra başçılarının məcburi köçkünlərlə görüşü gözlənilir. Onlar işsizlik və bahalanma kimi problemlərə burda əncam çəkiləcəyini güman edirlər.

Yanvarın 12-də Ramil Allahverdiyev adlı məcburi köçkün işsiz olduğu üçün intihara cəhd etmişdi. Onun dama çıxmasından sonra başqa məcburi köçkünlər də işsizlik və bahalıqla bağlı etirazlarını səsləndirmişdilər.

Ramil Allahverdiyevi və başqalarını sakitləşdirmək istəyən Ağcabədi rayon icra başçısı bu məsələni üç gün sonra – yanvarın 15-də keçiriləcək iclasda həll ediləcəyinə söz vermişdi.

Ağcabədidə etiraz aksiyası
Gözlə

No media source currently available

0:00 0:02:21 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG