Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:32

Sözü gedən şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə baş verəndə prezident orada olmayıb

ABŞ rəsmilərinin verdiyi məlumata görə məxfi xidmət Ağ Evin yaxınlığında bir silahlını güllələyib.

Polis ABC News şəbəkəsinə deyib ki, həmin şəxs binanın yaxınlığındakı yoxlama postunda “tapança çıxarıb oynatdığına” görə xəfiyyələr tərəfindən qarnından güllə ilə vurulub.

Cümə günü baş vermiş hadisənin ardınca Ağ Ev qapadılıb. Hadisə baş verəndə prezident Obama Merilenddə qolf oynayırdı.

Sözü gedən şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı vise-prezident Joe Biden Ağ Evdə olub.

Ağ Ev son illərdə bir neçə təhlükəsizlik insidentinin şahidi olub və buna görə də binanın təhlükəsizliyi qaydaları dəyişdirilib.

2014-cü ildə İraq müharibəsinin veteranı Omar Gonzalez Ağ Evin hasarından aşaraq əlində bıçaqla binaya daxil olmağa çalışıb.

Başqa bir şəxs - Joseph Caputo ötən il Şükran günündə Ağ Evin hasarına dırmanıb.

2011-ci ildə Oscar Ortega-Hernandez adlı şəxs Ağ Evdə güllə ilə vurulub və sonradan ona qarşı cənab Obama və ya onun heyət üzvlərindən birinə qarşı qəsd ittihamı irəli sürülüb.

Ortega-Hernandez inanırdı ki, Allah ona Ağ Evə hücum üçün xüsusi missiya əmr edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG