Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:17

►Oktyabrın 20-də, saat 18.00-də Mərdəkan Mədəniyyət Sarayında xalq artisti Afaq Bəşirqızının 60 illik yubiley tədbiri keçiriləcək.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, bu qurumun təşkilatçılığı ilə keçiriləcək tədbirdə "Toya bir gün qalmış" tamaşası təqdim ediləcək.

Afaq Bəşir qızı Səfərova 1955-ci i avqustun 15-də Bakıda tanınmış Azərbaycan aktyoru, xalq artisti Bəşir Səfəroğlunun ailəsində doğulub.

1974-1979-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1973-cü ildə Lənkəran Dövlət Dram Teartında işə başlayıb.

1975-ci ildən Sumqayıt Dövlət Dram Teatrında çalışıb.

1989-cu ildə Afaq Bəşirqızı Musiqili Komediya Teatrına dəvət alıb və bu teatrda bir-birindən maraqlı obrazlar yaratmağı bacarıb.

Afaq Bəşirqızı teatr yaradıcılığı ilə yanaşı kino və televiziya tamaşalarında da çəkilib ("Bəxt üzüyü", "Evləri köndələn yar", "Yaşıl eynəkli adam", "Nekroloq" və.s.).

Buna da bax: Deputatını özün seç [Virtual səsvermə]

Xəbərdə deyilir ki, yaradıcılığının ən müdrik çağlarını yaşayan Afaq Bəşirqızı bu gün də fəal yaradıcılıq axtarışındadır.

Uzun illərdir ki, Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi çalışır.

Aktrisa 1989-cu ildə "Əməkdar artist", 1993-cü ildə "Xalq artisti" fəxri adlarına, 1993-cü ildə və 2003-cü ildə "Qızıl Dərviş" mükafatına layiq görülüb.

Prezident mükafatçısıdır. 2013-cü ildə "Şöhrət” ordeni, 2015-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə təltif olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG