Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:31

«Toya bir gün qalmış»... faciə baş verdi


«Toya bir gün qalmış»
«Toya bir gün qalmış»

-

Söhbət Dövlət Musiqili Teatrında yaxın günlərdə premyerası keçiriləcək tamaşadan gedir.

Teatrın Mətbuat Xidmətinin rəhbəri Samir Sədaqətoğlunun AzadlıqRadiosuna bildirdiyinə görə, yazıçı-dramaturq Əli Səmədlinin «Toya bir gün qalmış» komediyasında Xalq artisti Afaq Bəşirqızı baş qəhrəmanın obrazını canlandırır.

Əsər maraqlı və gözlənilməz situasiyalarla zəngindir. Oğlunun toyuna bir gün qalmış vəzifəli şəxs dünyasını dəyişir. Onun həyat yoldaşı isə bunu hamıdan gizlətməyi qərarlaşdırır. Fikirləşir ki, ərinin ölümü toyun təxirə salınması ilə yanaşı, onların bir sıra maraqlarına da zərbə vuracaq. Beləcə, maddiyyat mənəvi dəyərləri üstələyir. Ailənin başçısı – ata ölüb, ailə üzvləri isə dəfn işləri ilə məşğul olmaqdansa, toya hazırlaşır. Qəfildən kişi ayılır, bəlli olur ki, əslində o ölməyib, sadəcə, kliniki ölüm keçirib. Baş verənləri bildikdən sonra dəhşətə gəlir və heç kimin gözləmədiyi qəribə bir qərar verir...

Teatrın mətbuat xidməti bu qərardan agah olmaq istəyənləri yaxın vaxtlarda premyerası planlaşdırılan tamaşanı izləməyə çağırır.

Tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, musiqi tərtibatçısı Emin Həsənovdur. Gözlənilməz situasiyalarla dolu komediyada səslənən musiqiləri tanınmış qarmon ustası Ənvər Sadıqov səsləndirəcək.

Tamaşada əsas obrazları Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər və başqaları ifa edirlər.

Tamaşanın baletmeysterləri Yelena və Zakir Ağayevlərdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG