Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:12

Ermənistandakı atom stansiyasının qapadılması istənilir


Metsamor AES
Metsamor AES

►“İstismar dövrü 2016-cı ildə bitən AES çox ciddi təhlükə mənbəyidir”

“İran, Türkiyə, Gürcüstan və beynəlxalq agentliyin üzvü olan ölkələr Metsamor Atom Elektrik Stansiyasının istismarının dayandırılması barədə mövqe ortaya qoymalıdır. Beynəlxalq qurum bu barədə qərar verməlidir”.

Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun mayın 13-də yayılan bəyanatında belə deyilir.

APA-nın xəbərinə görə, bəyanatda Metsamor-un seysmik zonada yerləşdiyi, Türkiyə, İran, Gürcüstan və Azərbaycana böyük təhlükə mənbəyi olduğu vurğulanır.

Bəyanat müəllifləri qeyd edir ki, stansiya 2 blokdan ibarətdir. Bu bloklardan birincisi 1976-cı ildə, ikincisi 1980-ci ildə istismara verilib. AES Yeravan şəhərindən 28, Türkiyə sərhədindən 16, İran sərhədindən 60, Azərbaycan sərhədindən isə 150 kilometr aralıda yerləşir. Stansiyanın işlətdiyi illik nüvə yanacağının miqdarı 42 tondur.

“Stansiyanın fəaliyyəti 1988-ci ildə Spitak zəlzələsindən sonra dayandırılsa da, bir blok 1993-cı ildə yenidən işə salınıb” - deyən bəyanat müəllifləri həmin blokun istismar dövrünün 2016-cı ildə bitdiyini bəyan edirlər.

____________________________________________________________

Bunlara da bax:
Muradbulaqda məktəb – yük vaqonu
Hafiz Məmmədov: «Mənə zərbəni Eldar Mahmudovun oyunları vurdu»

____________________________________________________________

Bəyanatda daha sonra deyilir:

“Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Metsamor AES-in istismar müddətinin artırılıb-artırılmaması məsələsinə yenidən baxacaq. AES çox ciddi təhlükə mənbəyidir. 2009-cu ildə yeni AES-nın tikilməsi ilə bağlı qərar qəbul edilib. Bu AES-in tikintisi də maliyyə çatışmazlığı ucbatından dayandırılıb. Metsamor AES bölgə üçün böyük təhlükə mənbəyidir”

Bəyanat müəllifləri beynəlxalq ictimaiyyəti stansiyanın fəaliyyətinin dayandırmasına yardım etməyə çağırıb.

Bir neçə gün öncə prezident İlham Əliyev də Metsamor stansiyasının region ölkələrinə təhlükəli olduğunu demişdi. Ölkə başçısı AES-in istismarının dayandırılmasının vacibliyini ifadə etmişdi.

XS
SM
MD
LG