Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:43

Türkmənbaşının adını "Hava yolları"ndan sildilər


Türkmənistan - keçmiş prezident Saparmurad Niyazov (ortada) və o zamankı səhiyyə naziri, indiki prezident Gurbanguly Berdimuhamedov (sağda)

Türkmənistan - keçmiş prezident Saparmurad Niyazov (ortada) və o zamankı səhiyyə naziri, indiki prezident Gurbanguly Berdimuhamedov (sağda)

-

Türkmənistan parlamenti "Türkmən Hava Yolları" Milli dövlət korporasiyasının adının dəyişdirilməsi haqqında qanun qəbul edib.

Milli Məclisin sentyabrın 12-də keçirilən iclasında qəbul edilən qərara görə, korporasiya daha keçmiş prezident, "türkmənbaşı" Saparmurat Niyazovun adını daşımayacaq.

"Türkmən Hava Yolları" və ona məxsus Beynəlxalq Hava Limanı Niyazovun adını daşıyırdı.

Hava limanının yeni adı isə hələlik məlum deyil.

Azadıq Radiosunun türkmən xidməti Türkmənistanın sabiq prezidentinin adının cəmiyyətdən silinməsi kampaniyası haqqında yazıçı Amanmyrat Bugaýewlə söhbətləşib.

O bildirib ki, kampaniya çərçivəsində Nyyazovun nəhəng heykəli şəhərin mərkəzindən şəhərin kənarına köçürülüb və bu köçürülmə işlərinə 50 milyon dollar xərclənilib. Bugaýew, Nyyazovun adına olan digər qurumların da adının dəyişdirildiyini, hətta onun kitablarının məktəblərdə tədris planından çıxarıldığını da bildirib.

Buna da bax: Türkmənistanda ömürlük prezidentliyə yol açıldı

Günün bütün mövzuları

XS
SM
MD
LG