Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:33

'Adsız yüksəkliklər'də rep və popa qulaq asırlar


'Adsız yüksəkliklər'də rep və popa qulaq asırlar
Gözlə

No media source currently available

0:00 0:05:00 0:00

'Adsız yüksəkliklər'də rep və popa qulaq asırlar

►Azərbaycanlı rəssam: “Kaş ki müharibələr olmamaydı"

“Bu işin adı “Adsız yüksəkliklər”dir. Həmin yerdə hər gün atışma gedir. Bu dağlarda milliyətindən asılı olmayaraq çox insan həlak olub. Görüntü “Google Earth” proqramından götürülüb, 45 ədəd “screenshot”un (ekranın şəkli, skrinşot – red.) birləşməsindən istifadə olunub. Bu, Xankəndi ərazisində bir kənddir. Hazırda bu kənd ermənilərin əlindədir”.

Rəssam Elturan Məmmədov “Adsız yüksəkliklər” adlı əsərini Qarabağdakı aprel döyüşlərindən sonra hazırlayıb.

Elturan Mammadov: “Adsız yüksəkliklər”də rep və popa qulaq asırlar
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00
Direct-ə keçid

İşin ərsəyə gəlməsində rəssam üstündə adsız yüksəklilər təsvir olunan yun yorğandan və kompüter texnologiyasından istifadə edib. Elturan 3 il ərzində həmin ərazidə yaşayan insanların silah səslərini hansı musiqinin köməyi ilə eşidilməz etdiklərini araşdırıb. Əsərində həmin musiqilərdən də yararlanıb:

“Bu işin hazırlanmasında iki müasir texnologiyadan istifadə olunub. “Shazam” proqramı var. Musiqi axtarışında o proqramdan istifadə olunur. Proqramdakı bir xəritə bütün dünyadakı münaqişə zonalarında insanların hansı musiqiyə qulaq asdığını üzə çıxarır. Mən də bunu araşdırmağa başladım. Bu regionda insanlar hər gün silah səsinə məruz qalırlar. Onların bu silah səsini pozmağa seçdikləri bir səs var. İnsanın seçdiyi səs də əksər hallarda musiqi olur. İnsan o şiddətli səsi daha gözəl bir şeylə pozmağa çalışır. Həmin ərazidəki insanların o səsi pozmaq üçün ən çox dinlədiyi 20 musiqi mövcuddur. Bu işimdə orda məskunlaşmış ermənilərin qulaq asdığı seçmə 20 musiqidən istifadə etmişəm. “Shazam” proqramında gözəl bir funksiya var. Dünyanın xəritəsidir, sən proqramını həmin əraziyə yaxınlaşdıranda insanların hansı rayonda, hansı kənddə hansı musiqini axtardığını göstərir”.

____________________________________________________________

Bunlara da bax:
REAL: 'Qanun'da axtarılan 'bomba' bu imiş
Sel Tovuzda 4 kəndlə əlaqəni kəsdi

____________________________________________________________

Xaçaturyana yox, popa qulaq asırlar

Elturanı əsərinin qəhrəmanlarını qulaq asdıqları musiqi təəccübləndirib. Münaqişə zonasının əhalisi repə və popa qulaq asırmışlar:

“Çox maraqlıdır ki, əsərdə təsvir olunan ərazidə yaşayanların qulaq asdıqları musiqi arasında erməni musiqisi yoxdur. Çox bilinən pop, rep musiqiləri dinləyilər. Bəlkə də təskinlikdən ötrü daha sadə şeylər seçirlər. Onsuz da orda ağır səslər eşidilir. Orda da gəlib Xaçaturyanı dinləsələr, hər şey daha da ağırlaşar”.

“Dünya tək bir vətəndir”

Rəssam deyir ki, kaş müharibələr olmayaydı, onda belə əsərlər də yaranmazdı:

“İnsanın hansı milliyyətə mənsub olmağının heç bir önəmi yoxdur. Coğrafi mövqeyimizə və tarixdə baş verən bəzi məsələlərə görə hər ölkənin siyasi tərəfləri var. Siyasi tərəfləri kənara qoysaq, əsas insan faktorudur. Əzab çəkən həmişə sadə insanlar olur. Mənə görə ağır tərəfi odur ki, “adsız yüksəkliklər” deyilən ərazilərdə hər gün insan tələf olur. Həmin insanların azərbaycanlı, erməni, yaxud başqa millətdən olmasının heç bir fərqi yoxdur. Çünki insanları öldürən də biz insanlarıq, sərhədləri qoyan da, müharibələri edən də, sülhyaratma potensialı olan da biz insanlarıq. İnsanlar fiziki təkamülü keçib, ancaq təəssüf ki, hələ əqli və mənəvi təkamüldə bunu görmürük. İnsan uşaqlıqdan yetkinlik dövrünə keçməlidir. Çünki savaşmaq və mənimsəmək uşağa xasdır. Yeniyetmənin artıq analiz etmə qabiliyyəti var, doğrunu yanlışdan ayıra bilir. Mən düşünürəm ki, əslində bəşəriyyət yetkinlik səviyyəsinə çatıb. Sadəcə, uşaqlıq xüsusiyyətlərindən – mənimsəmədən, “mənim atam sənin atanı döyər”, “mən güclüyəm”, “hər şey mənim olmalıdır” – bunlardan əl çəkməyib. Bütün bunları bəşəriyyət, təəssüf ki, keçə bilmir. Məncə, dünya tək bir vətəndir. Bütün insanlar da onun vətəndaşlarıdır”.

Elturan Məmmədov münaqişə zonaları ilə bağlı daha iki oxşar əsəri də ərsəyə gətirməyi planlaşdırır. Bu əsərlər Suriya və Ukrayna münaqişələrinə aid olacaq.

XS
SM
MD
LG