Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:01

Britaniya mətbuatı Rusiya təyyarədaşıyanını ‘paslı vedrəyə’ bənzətdi...


Admiral Kuznetsov təyyarədaşıyan gəmisi
Admiral Kuznetsov təyyarədaşıyan gəmisi

Britaniya mətbuatı yazır ki,Rusiyanın Suriya regionuna gedən böyük gəmi karvanı hazırda Lamanş boğazından keçir.

Gəmilər ətrafa sıx tüstü buraxırlar, lakin qəzetlərin yazdığına görə bu, hərbi məxfilik taktikasından daha çox Rusiya donanmasının sınıq-salxaqlığını Avropanın gözlərindən gizlətmək məqsədi güdür.

‘Express’ yazır ki, Sovet erasından qalmış ‘Admiral Kuznetsov’ təyyarədaşıyanını yedək gəmiləri müşayiət edir.

Britaniya Kral Donanmasının keçmiş zabiti Peter Roberts ‘Ekspress’ qəzetinə deyib ki, dəniz kapitanı üçün öz gəmisinin yanında yedəkçiləri görməkdən dilxoredici səhnə ola bilməz.

‘Bunu o vaxt edirlər ki, gəmi mütləq sıradan çıxmağa hazırlaşır’ – deyib köhnə dənizçi.

Britaniyanın Richmond (solda) və Duncan döyüş gəmiləri Rusiya armadasını izləyirlər
Britaniyanın Richmond (solda) və Duncan döyüş gəmiləri Rusiya armadasını izləyirlər

Qəzet yazır ki, bu gəmi buxar turbinlərinin rənglənməsi üçün tez-tez porta qayıtmalı olub.

Ekspertlərin fikrincə belə soyuqda köhnə gəmilərin boru sistemlərinin şaxtadan partlaması nadir hadisə deyil.

Vaxtilə bu Rusiya gəmilərində olmuş Britaniya matrosları deyirlər ki, onların hətta tualetlərinin bəziləri işləmir.

Ekspertlərin fikrincə ‘Admiral Kuznetsov’ gəmisi o qədər köhnədir ki, 2011-ci ildə Aralıq dənizindəki ABŞ gəmiləri lazım gəlsə onu xilas etmək üçün çox yaxınlıqda lövbər atırdılar.

Lakin köhnəliyinə baxmayaraq 55 min 200 tonluq ‘begemot’ təpədən-dırnağa silahlıdır və 14 min kilometr məsafə qət edir.

Britaniya sahillərindən keçən Rusiya armadasını Kral Dəniz Donanmasının döyüş gəmiləri qarabaqara izləyir və bir an da olsun gözdən qoymurlar.

Kral Hərbi Hava Qüvvələrinin Rivet Joint casus təyyarəsi, habelə C130 Hercules və Typhoon nəqliyyat və qırıcı təyyarələri döyüş hazırlığı vəziyyətinə gətirilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG