Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 03:00

Qızlar yataqxanasındakı yanğında 12 nəfər öldü

Adanada yanğın
Adanada yanğın

Türkiyənin Adana şəhərindəki qızlar məktəbinin yataqxanasında baş verən yanğın nəticəsində azı 12 nəfər ölüb, 22 nəfərsə xəsarət alıb.

Ölənlərdən 11-i şagird,1-i isə təlimatçıdır.

Bu barədə Adana valisi Mahmut Demirtaş məlumat verib.

Yanğın çərşənbə axşamı gecə saatlarında baş verib.

Yanğının qısa qapanmadan baş verdiyi güman edilir.

Yanğınsöndürənlər alovla 3 saatdan artıq mübarizə aparmalı olublar.

Yataqxanada yaşayan şagirdlərin valideyinləri hadisə yerinə axışıbllar.

Yerli mətbuatın məlumatına görə, yataqxanada orta və yuxarı siniflərdə oxuyan kasıb ailələrin uşaqları qalırmış.

Onlar məktəbi olmayan yaxınlıqdakı kəndlərdəndilər.

XS
SM
MD
LG