Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:20

“Qəbələ” futbol klubunun britaniyalı direktoru deyib ki, Azərbaycan cərrahları ürək əməliyyatı ilə onun həyatını xilas ediblər.

“Qəbələ” futbol klubunun britaniyalı direktoru Tony Adams deyib ki, Azərbaycan cərrahları ürək əməliyyatı ilə onun həyatını xilas ediblər.

“The Guardian” yazır ki, Arsenal klubunun keçmiş müdafiəçisi Tony Adams Bakıdakı Medical Plaza xəstəxanasında kiçik cərrahiyyə əməliyyatından keçib.

Britaniya idman saytlarından birinin verdiyi məlumata görə damar trombunun aradan qaldırılması əməliyyatının ardınca Adams “Medical Plazadakı peşəkar cərrahlara və Taleh Heydərova dərin minnətdarlığını bildirib”.

Qəzet yazır ki, 49 yaşlı Adams hazırda Britaniyada müalicəsini davam etdirir.

Onun direktoru olduğu “Qəbələ” komandası cümə axşamı Borussia Dortmund klubuna 4-0 hesabı ilə məğlub olub.

Qolları Reus, Aubameyang, Zenjov və Mkhitaryan vurublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG