Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:50

Azərbaycanda hər kəsin 765 dollar 'xarici borcu' yaranıb


Azerbaijan - money, manat, corruption, bribe

Azerbaijan - money, manat, corruption, bribe

► Xaricdən cəlb olunmuş dövlət kreditlərinə görə, bu ilin aprelin 1-nə hər bir Azərbaycan vətəndaşına 765 dollar 50 sent borcu yaranır.

İlin əvvəlindən aprelin 1-dək Azərbaycanın xarici dövlət borcu 544 milyon 400 min ABŞ dolları məbləğində artıb. Maliyyə Nazirliyinin açıqladığı məlumatda belə deyilir. Bu rərəm ödənilən borc öhdəliklərini də nəzərə alır. Amma açıqlamada hansı ölkədən və hansı layihələrin maliyyələşdirilməsinə, üstəlik, nə qədər və hansı şərtlərlə kredit götürüldüyünə dair heç nə bildirilmir.

ÜDM-in 21 faizi qədər...

Manat ifadəsilə götürülsə, Azərbaycanın ümumi xarici dövlət borcu 11 milyard 486 milyon 600 min manatdır.

Məlumata görə, aprelin əvvəlinə hökumətin birbaşa öhdəliklərinin və dövlət zəmanəti ilə alınan borcun məbləği 7 milyard 448 milyon 700 min dollara çatıb. Bu, Ümumi Daxili Məhsulun (ÜDM-in) 21 faizi qədərdir.

Borcunun 82,3 faizi Dünya Bankı və Asiya İnkişaf Bankından, İslam İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankından, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən və digər beynəlxalq maliyyə qurumlarından götürülmüş kreditlərdir. Həmin kreditlər ölkədə gerçəkləşdirilən müxtəlif layihələrin maliyyələşdirilməsinə yönəldilib.

Borcun qalan 17,7 faizi beynəlxalq maliyyə bazarlarında yerləşdirilən qiymətli kağızlar vasitəsilə cəlb edilib.

____________________________________________________________

Bunlara da bax:
Rusiya şərti olaraq çempionatdan xaric edildi
Müraciətə baxmayanlara cərimə

____________________________________________________________

Açıqlanmayan məlumatlar...

Maliyyə Nazirliyi, ilk dəfə olaraq, xarici dövlət borclarının nə vaxt qaytarılacağına dair məlumatı açıqlamayıb. Daha öncə - yanvarda elan edilmişdi ki, təxminən 6 milyard 900 min dollara yaxın borcun 58,6 faizi yaxın 10 il ərzində geri ödənməlidir.

Dövlət borclarının icrasını tənzimləyən qanunda qeyd olunur ki, ötən il 704 milyon 400 min manat dövlət borcuna və öhdəliklərə xidmətə xərclənib. Bu ilsə dövlət borcunun ödənilməsinə bundan 1 milyard manat çox vəsait xərclənəcək.

Xidmət xərclərinin də məbləği açıqlanmayıb

Maliyyə Nazirliyi bu ilin birinci rübündə dövlət büdcəsinin icrası haqqında məlumatda dövlət büdcəsinə xidmət xərclərinin həcmini bildirməyib. Nazirlik adambaşına düşən xarici dövlət borcunu da hesablayaraq, cəmiyyəti məlumatlandırmayıb.

Xaricdən cəlb olunmuş dövlət kreditlərinə görə, bu ilin aprelin 1-nə hər bir Azərbaycan vətəndaşının 765 dollar 50 sent borcu yaranır. İlin əvvəlindən bəri adambaşı xarici borc 54 dollar 60 sent artıb.

Buna da bax: Ramazanda bazarlıq neçəyə başa gəlir? Bazardan reportaj

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG